FDO OLİMPİADASI (1,2,3,4,5,6)

FƏNLƏRİN DOSTLUĞU OLİMPİADASI
    • 28 NOV 16
    • 0
    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Olimpiada keçiriləcəkdir

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Olimpiada keçiriləcəkdir

    2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən və bu il VII buraxılışı düzənlənən “Fənlərin Dostluğu Olimpiadası” 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilir. Layihənin  məqsədi  fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır. 11 dekabr 2016-cı il

    Davamını oxu →
    • 12 NOV 16
    • 0
    “Fənlərin Dostluğu Olimpiadası” 7

    “Fənlərin Dostluğu Olimpiadası” 7

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə keçiriləcək  7-ci “Fənlərin Dostluğu Olimpiadası ”    Olimpiadanın təsisçisi: Hədəf  Nəşrləri Təşkilatçılar:  Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondu, Azərbaycan Universiteti, Hədəf Kursları MMC Dəstəkçilər: YES travel, Altun kitab, Medica Hospital, kitabevim.az İnformasiya dəstəkçiləri: ATV, trend.az, senet.az, Ustad dərgisi Olimpiadanın keçiriləcəyi tarix: 11 dekabr 2016-cı il   Əziz 9 və

    Davamını oxu →
    • 06 OCT 16
    • 0
    ORBİTLƏR   və  UNİVERSAL  MÖVCUDLUQ  NƏZƏRİYYƏLƏRİ

    ORBİTLƏR və UNİVERSAL MÖVCUDLUQ NƏZƏRİYYƏLƏRİ

    AMEA-nın böyük elmi işçisi Qarayev Sadıq Qurban oğlu e mail: qarayev.1974@mail.ru ORBİTLƏR və UNİVERSAL MÖVCUDLUQ NƏZƏRİYYƏLƏRİ Orbitlər və universal mövcudluq7 nəzəriyyələrində kainatın və materiyanın necə yaranması haqqında ənənəvi baxışlardan fərqli, yeni ideyalar irəli sürülür və əsaslandırılır. Bu nəzəriyyələrin əsasında orbitlərin birinci olduğu, yüksək sürətli enerjini toplayaraq materiya sintez etmək xüsusiyyəti dayanır. Yəni yer, yupiter və s.

    Davamını oxu →
    • 06 OCT 16
    • 0
    Lirikada fizika və dünyəvilik

    Lirikada fizika və dünyəvilik

    Fizika və lirika elm olaraq özünün inkişafını antik dövr mədəniyyətinin təşəkkülü dönəmlərindən tapmışdır. Hər iki sözün leksik mənası və etmioloji mənşəyi yunan dilinə məxsusdur. “Fizika” sözü yunanca “fyuzis” – təbiət deməkdir. Lirika isə “lira” sözündən olub, yunanca simli musiqi alət deməkdir. Fizika sözünü dünya elminə qədim yunan filosofu Aristotel gətirmişdir. Azərbaycan dilinə isə ilk dəfə

    Davamını oxu →

FDO Qeydiyyat

Əziz şagirdlər! FDO 7 üçün qeydiyyat başlamışdır.
  • 1. Ümumi müddəalar

    1.1. Bu Əsasnamə Olimpiadanın təşkil edilməsi və keçirilməsinin ümumi qaydalarını, eləcə də qaliblərin təyin edilməsi qaydalarını müəyyən edir.
    1.2. Olimpiadanın təşkili və keçirilməsi intellektual cəhətdən istedadlı və bacarıqlı 9-10-cu sinifdə oxuyan məktəblilərin üzə çıxarılmasına kömək edəcək.

     

  • 2. Məqsəd və vəzifələr

    2.1. Hədəf Kursları MMC (Hədəf Elm, Təhsil və Tədris Mərkəzi) keçirəcəyi III Fənlərin Dostluğu Olimpiadasının əsas məqsədi: iştirakçıların intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, bacarıqlı və istedadlı məktəblilərə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etmək, ümumtəhsil məktəblərində təhsil alan uşaqlarda yaradıcılıq qabiliyyətini mədəniyyətini üzə çıxarmaq, məktəblilərdə tədris fənlərinin öyrədilməsində analitik düşüncə tərzini aşılamaqdan ibarətdir.

  • 3. Predmet və iştirakçılar

    3.1. Olimpiada Azərbaycan Respublikasının orta ümumtəhsil məktəbləri arasında keçirilir.
    3.2. Olimpiada iştirakçıları müsabiqədə fərdi şəkildə iştirak edirlər. Olimpiada iştirakçıları IX-X sinif şagirdlərindən ibarət olmalıdır.
    3.3. Olimpiadanın predmeti iştirakçıların bu əsasnamə ilə təyin edilmiş tədris fənləri üzrə inteqrativ test tapşırıqlarını müxtəlif günlərdə keçirilən birinci və ikinci mərhələlər üzrə qəbul edilən vaxt intervalında həll etmələridir.

  • 4. Olimpiadanın təşkilatçısı

    4.1. Olimpiadanın təşkilatçısı Hədəf Kursları MMC-dir.
    4.2. Olimpiada təşkilatçısı təmin edir:
    - Bütün Olimpiada iştirakçıları üçün bərabər və ədalətli şərait;
    - Olimpiadanın aydın və şəffaf şəkildə keçirilməsi.

  • 5. Keçirilməsinin təşkili

    5.1. Olimpiadanın həyata keçirilməsinin məqsəd, vəzifə və istiqamətləri strategiyasını müəyyənləşdirən ali əlaqələndirici orqan Olimpiadanın Təşkilat Komitəsidir (sonradan – Təşkilat Komitəsi). Təşkilat Komitəsinin hüquq və vəzifələri Əsasnamənin 9.1. bəndində verilmişdir. 5.3. Olimpiadanın konkret məlumatlandırma materialları ilə təminatını Olimpiada Təşkilat Komitəsi həyata keçirir. 5.4. Olimpiada Azərbaycan dilində keçirilir.

  • 6. İştirak qaydaları

    6.1. Olimpiadanın gedişində iştirakçılar aşağıdakı tədris fənlərinə uyğun bilik nümayiş etdirəcəklər: Azərbaycan dili və ədəbiyyat, ingilis dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, fizika, tarix və məntiq.
    6.2. Olimpiada iştirakçıları hazırda orta ümumtəhsil məktəblərində 9-10-cü sinifdə təhsil alan şagirdlərdən ibarət olmalıdır.
    6.3. Olimpiadada iştirak etmək üçün əvvəlcədən müəyyən olunmuş qaydada ümumtəhsil müəssisəsindəki Məktəb Olimpiada Təşkilatında qeydiyyatdan keçməlidir.
    6.4. Olimpiadada iştirak pulsuzdur.

  • 7. Olimpiadanın keçirilməsi

    7.1. Olimpiada bir mərhələdə keçirilir.
    7.2. Olimpiada keçirilən əraziyə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə və Olimpiadaya buraxılış vərəqi ilə daxil olmaq mümkündür. Otaqlarda yalnız Olimpiada Təşkilat Komitəsinin üzvləri və Olimpiada iştirakçıları ola bilər.
    7.3. Olimpiada iştirakçıları inteqrativ test tapşırıqlarını qəbul edilmiş vaxt ərzində yerinə yetirirlər.
    7.4. İnteqrativ test tapşırıqları yerinə yetiriləndən sonra hər bir iştirakçı kitabçasını nəzarətçiyə verərək zalı tərk edir.
    7.5. İştirakçıların 2 (iki) saat müddətində həll etdikləri 50 (əlli) inteqrativ test tapşırıqlarının nəticələri 5 (beş) gün müddətində doğru cavablar bazasından yoxlanılır. buraxılan olimpiada iştirakçılarının nəticələri Olimpiada Təşkilat Komitəsinin qərarı ilə təsdiqləndikdən sonra olimpiadanın rəsmi saytı vasitəsilə ictimaiyyata açıqlanır.
    7.6. Yekunlaşdırıcı nəticələr ikinci mərhələnin bitməsindən 1 (bir) gün sonra olimpiadanın rəsmi saytı vasitəsilə ictimaiyyata açıqlanır. Ballar eyni olduğu halda doğru cavablara yanaşma faizi nəzərə alınmaqla seçilir.
    7.8. Olimpada tapşırıqlarında səhv düzü aparmır.