• Hədəf STEAM Liseyinin təklifi – Pandemiya dövründə məktəblər necə açıla bilər?

    Hədəf STEAM Liseyinin təklifi – Pandemiya dövründə məktəblər necə açıla bilər?

    Hədəf Liseyi yeni tədris ili üçün bütün hazırlıqlarını etmiş, müzakirələrdə təklif edilən üç təhsil forması (Ənənəvi, Hibrid, Onlayn) ilə bağlı planlama işlərini yekunlaşdırmışdır. Belə ki, təhsilin hansı formada davam etməsindən asılı olmayaraq, lisey heyəti tam şəkildə yeni tədris ilinə hazırdır. Bu hazırlıqlar zamanı ÜST-ün, Nazirlər Kabineti yanında Operativ Qərargahın, müəyyən Beynəlxalq təcrübənin və Azərbaycan Respublikası