• 29 Aprel Hədəf Liseyinə Güzəşt İmtahanı günüdür!

    29 Aprel Hədəf Liseyinə Güzəşt İmtahanı günüdür!

    4-9-culara imtahan ödənişsiz olacaq

    Hədəf STEM Liseyi aprel ayında növbəti tədris ilində liseydə təhsil almaq istəyən şagirdlər arasında GÜZƏŞT keçirir. Güzəşt imtahanı keçirməkdə hədəf şagirdlərin bilgi və mühakimə bacarıqlarını ölçmək, xüsusi istedadlı şagirdləri müəyyənləşdirmək və imtahan nəticələrinə görə 18 şagirdə güzəştli təhsil imkanı yaratmaqdır. Qaydalara əsasən Güzəşt imtahanının 10 azn olmasına baxmayaraq, lisey rəhbərliyi Cümhuriyyətin 100 illiyi və liseyin bu fəaliyyətə başlamasını nəzərə alaraq bütün siniflər üzrə ödənişi ləğv etmişdir.

    Hazırda 4-9-cu siniflərdə təhsil alan şagirdlər üçün keçirilən GÜZƏŞT imtahanının sualları hər sinfin proqramına uyğun olaraq oxuyub-anlama (10 sual), riyaziyyat (20 sual), dünyagörüşü (5) və məntiq (5) mövzularından seçilir.
    Hər sinif üzrə birinci yeri qazanan şagirdlər təhsil haqqından 50%, ikinci yeri qazanan şagirdlər 30%, üçüncü yeri qazanan şagirdlər 20% güzəşt əldə edirlər. Ümumilikdə 18 nəfər xüsusi güzəşt əldə edir və hər güzəşt təhsil pilləsinin sonuna qədər qüvvədə qalır.

    Qeyd: Rus bölməsi hazırda 4-cü sinifdə oxuyan şagirdlər üçün olacaq.

    Hədəf Liseyi Güzəşt imtahanının şərtlərinə, əsasən,

    I yer 35 baldan yuxarı;

    II yer 30 baldan yuxarı;

    III yer 25 baldan yuxarı toplamalıdır.

    Səhv düzü aparmır.

    Qeyd: Bütün suallar doğru cavablandırıldığı halda şagird maksimum 40 bal toplaya bilər.

     İmtahan kuponu almaq üçün Hədəf Liseyinə və ya Hədəf Kurslarının istənilən filiala yaxınlaşmağınız yetərlidir.
    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+