• Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş 2-ci Fənlərin Dostluğu Olimpiadasına start verildi

    Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş 2-ci Fənlərin Dostluğu Olimpiadasına start verildi

    Fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaq məqsədilə 16.XI. 2011–ci il tarixində İdeya müəllifi və rəhbəri f.f.dos.Şəmil K. Sadıqovun iştirakı ilə layihənin təsisçisi Hədəf Elm, Təhsil və Tədris Mərkəzi , təşkilatçı Azərbaycan Universiteti ilə birlikdə FDO 2– yə start verilməsi ilə bağlı olaraq qarşılıqlı rəsmi müzakirələrə başlandı.
    Müzakirədə “Hədəf Elm, Təhsil və Tədris Mərkəzi”nin və Azərbaycan Universitetinin nümayəndə heyəti yaxından iştirak etdi. İclasda Azərbaycan Universitetinin rektoru A. Qəhrəmanov, təşkilat komitəsinin həmsədrləri E.Qəhrəmanov, A.Ağamalıyev və təşkilat komitəsinin sədr müavinləri V. Şərifzadə və X.Muradova, “Hədəf ETTM MMC”dən isə mərkəzin Baş Direktoru və həmtəsisçisi f.f.dos.Ş.Sadıqov həm təsisçi Vüqar Tarquliyev “Azadlıq” filialının direktoru E. Əliyev və Baş Direktor müavini F.İsayev iştirak etdilər. Qarşılıqlı müzakirədə “Hədəf Elm, Təhsil və Tədris Mərkəzi”nin rəhbəri f.f. dos Şəmil K.Sadıqov proqramın keçirilməsi ilə bağlı lazım olan bütün məlumatla nümayəndələri tanış etdi. FDO 2-də Azərbaycan Universitetinin birbaşa görəcəyi işlər rəhbər heyətinə və nümayəndələrə bildirildi. FDO 2-nin mətbuatda və media orqanlarında işıqlandırılması ilə bağlı bütün işlər təşkilat komitəsinin sədr müavini V. Şərifzadəyə, bədii hissənin təmin edilməsi isə Baş Direktor müavini F. İsayev və təşkilat komitəsinin sədr müavini X. Muradovaya tapşırıldı. Müzakirədə həmçinin Baş sponsor, digər sponsorlar, informasiya dəstəyi olacaq orqanlar müəyyən edildi.
    Təşkilat komitəsi bu günə qədər görülən işlərin qənaətbəxş olduğuna yekdilliklə səs verdi, fəaliyyət proqramını, FDO-nun əsasnaməsini, çap ediləcək reklam materiallarını təsdiqlədi. Və 23 noyabr saat 12:00-da mətbuat konfransın keçirilməsi ilə əlaqədar hazırlıq görülməsi komissiyanın sədr müavini Venera Şərifzadəyə tapşırıldı.

    FDO Təşkilat Komitəsinin təsdiq etdiyi layihədə iştirak edəcək şirkətlərin adları:
    1. İnformasiya dəstəyi: (ATV, Space, azpress.az, “Ayna-Zerkalo”, İSQ jurnalı)
    2. Baş sponsor: Azsığorta ASC
    3. Sponsorlar: CBS, Hedef Kitab Evi, DNS, Məlhəm HİQB
    4. Layihənin rəsmi saytıinteqrasiya.az

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+