• Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə keçiriləcək 3-cü “Fənlərin Dostluğu Olimpiadası”

    Layihənin məqsədi: Fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

    Mahiyyəti: Bu ildən etibarən bütün Respublika məktəblərində təhsil alan azərbaycanlı gəncləri də öz ətrafında birləşdirən “Fənlərin dostluğu olimpiadası”nın bu ilki buraxılışı bütün şəhər və rayonlar üzrə FDO rəsmi internet səhifəsi olan inteqrasiya.az saytı vasitəsilə ümumtəhsil məktəblərinin 9 və 10-cu sinif şagirdləri arasında keçiriləcəkdir. Ötən illərdən fərqli olaraq bu il bir mərhələdə keçirilməsi nəzərdə tutulan olimpiadada Azərbaycanın istənilən bölgəsindən olan şagirdlər öz biliyini sınayacaqdır. İştirakçılar arasından ən yüksək nəticə göstərmiş 100 şagird qiymətləndiriləcəkdir. Test şəklində təqdim olunan suallar Azərbaycan dilində soruşulacaqdır. Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir. Layihə təşkilatçılar və sponsorların maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir.
    Ümumilikdə 50 tapşırıqdan ibarət olacaq olimpiada sualları 2 tipdə olacaqdır. I tip suallarda Azərbaycan dilinin qrammatikası əsasında qurulan 35 test tapşırığı veriləcək ki, onlardan 5 sual riyaziyyat, 5 sual tarix, 5 sual ingilis dili, 5 sual coğrafiya, 5 sual kimya, 5 sual fizika, 5 sual biologiya ilə inteqrasiyada təqdim ediləcək.
    Nümunə:
    Misallardan birind
    ə rəqəmlərin cəmi ilə toplananlardakı incə saitlərin cəmi eynidir. A) 1,5 + 0,5 = B) 4+4= C) 1 + 1= D) 5+5= E) 2,5 + 1,5=

    İkinci mərhələdə 15 test tapşırığı veriləcək ki, onlardan 10 testdə bir sualda 5 fənn, 5 sualda isə məntiqi təfəkkürün inkişafı soruşulacaqdır.
    Nümunə:
    M
    üxtəlif fənlərə aid verilmiş hansı düzgün fikirdə iştirak bağlayıcısı var? 
    A) 7,(69)-5,(03)+4,(3) misalının da cavabı səkkizdir.
    B) “They” də artikllardan biridir.
    C) Həm Qədim misirlilər, həm də mannalılar heroqliflərdən istifadə ediblər.
    D) M.Füzuli də divanında heca vəznli şeirdən istifadə etmişdir.
    E) Qoşmalar quruluşca sadə və mürəkkəb olur.
    Qeyd: İmtahan müddəti 2 saatdır. Qeydiyyat FDO rəsmi internet səhifəsində (inteqeasiya.az) dekabr ayının 1-dən 20-nə qədər elektron formada aparılır. Bütün bölgələrdən olan olimpiada iştirakçıları eyni gündə bir imtahan mərkəzində – Azərbaycan Universitetində imtahan verəcəkdir.

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+