
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə keçiriləcək “Fənlərin dostluğu” olimpiadası
Layihənin məqsədi: Fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.
Şüar: Məqsədimiz əxlaqi dəyərlərə söykənərək gəncliyimizi müasir tələblərlə ayaqlaşdırmaqdır.
Mahiyyəti: Gələcəkdə bütün dünya azərbaycnalılarını gənclərini birləşdirməyi hədəf alan “Fənlərin dostluğu olimpiadası” bu il yalnız Bakı və Xırdalan şəhərləri üzrə ümumtəhsil məktəblərinin 9-10-cu sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Test şəklində keçiriləcək olimpiadada ilk onluq mükafatlandırılacaq. Olimpiada Azərbaycan dilində keçiriləcək. Ümumilikdə 80 tapşırıqdan ibarət olan olimpiada iki mərhələyə bölünəcək:
• Birinci hissəyə Azərbaycan dilinin qrammatikası əsasında qurulan 50 test tapşırığı veriləcək ki, onlardan 10 sual riyaziyyat, 10 sual tarix, 10 sual ingilis dili, 5 sual coğrafiya, 5 sual kimya, 5 sual fizika, 5 sual biologiya ilə inteqrasiyada təqdim ediləcək.
Nümunə:
Misallardan birində rəqəmlərin cəmi ilə toplananlardakı incə saitlərin cəmi eynidir.
A) 1,5 + 0,5 =
B) 4+4=
C) 1 + 1=
D) 5+5=
E) 2,5 + 1,5=
• İkinci mərhələdə 30 test tapşırığı veriləcək ki, onlardan 20 testdə bir sualda 5 fənn, 10 sualda isə məntiqi təfəkkürün inkişafı soruşulacaqdır.
Nümunə:
Müxtəlif fənlərə aid verilmiş hansı düzgün fikirdə iştirak bağlayıcısı var?
A) 7,(69)-5,(03)+4,(3) misalının da cavabı səkkizdir.
B) “They” də artikllardan biridir.
C) Həm Qədim misirlilər, həm də mannalılar heroqliflərdən istifadə ediblər.
D) M.Füzuli də divanında heca vəznli şeirdən istifadə etmişdir.
E) Qoşmalar quruluşca sadə və mürəkkəb olur.
Təsisçi və təşkilatçı:
Hədəf Kursları MMC
Sponsorlar:
Elit ticarət və əyləncə kompleksi
Office 1 Superstore mağazalar şəbəkəsi
Hədəf Kitab evi
DATATECH
CASPER
CBS
İnformasiya dəstəyi:
İTV kanalı, lent.az, ISQ jurnalı