• Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Fənlərin Dostluğu Olimpiadası”nın birinci mərhələsi keçirilmişdir

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Fənlərin Dostluğu Olimpiadası”nın birinci mərhələsi keçirilmişdir

     

    11 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti Yanında  Bilik Fondu, Azərbaycan Universiteti və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan 7-ci “Fənlərin Dostluğu Olimpiadası”nın birinci mərhələsi baş tutmuşdur. Respublikamızda  fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında keçirilən Olimpiadanın bu ilki buraxılışında ölkənin müxtəlif  bölgələrindən iki mindən artıq şagird iştirak etmişdir. Bakı, Sumqayıt və Şəmkir şəhərlərindəki imtahan mərkəzlərində təşkil olunan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sual cavablandırmışlar. Olimpiadada suallar fənnlərin bir-birinə inteqrasiyası şəklində təqdim olunur. Bu Olimpiadada xüsusi istedadlı şagirdlər daha çox uğur qazanırlar.

    2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən Olimpiadanın bu ilki buraxılışının dəstəkçiləri Medika Hospital, Yes Travel, Nizami Kino Mərkəzi, Altun Kitab, Kitabevim.az kitab mağazaları şəbəkəsidir. ATV, trend.az, Ustad dərgisi, senet.az portalı Olimpiadanın  informasiya tərəfdaşlarıdır. 24 dekabr 2016-cı il tarixində “Fənlərin Dostluğu Olimpiadası” qaliblərinin mükafatlandırma mərasimi baş tutacaqdır.

     

     

     

     

     

     

     

     

     

     

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+