
“Fənlərin Dostluğu Olimpiadası” -8 qalibləri mükafatlandırlıdı!
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Fənlərin Dostluğu Olimpiadası” qaliblərinin mükafatlandırılması keçirilmişdir.
23 dekabr 2017-cı il tarixində Bakı şəhəri Odlar Yurdu Universitetinin Böyük Akt zalında Azərbaycan Respublikası Prezidentinin Yanında Bilik Fondu, Odlar Yurdu Universiteti və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə 31dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunan VIII “Fənlərin Dostluğu Olimpiadası”nın qaliblərinin mükafatlandırılması baş tutmuşdur. Respublikamızda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan IX-X sinif şagirdləri arasında keçirilən Olimpiadanın builki buraxılışında ölkənin müxtəlif bölgələrindən 1200-dən artıq şagird iştirak etmişdir. Olimpiadada ən yüksək bal toplamış ilk 10 şagird təşkilatçılar və sponsorlar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Bu ilki Olimpiadada ilk yerlərin qalibləri Sumqayıt şəhəri Texniki Təbiət elmləri Liseyin, Bakı şəhəri akademik Zərifə Əliyeva adına Liseyin və Bakı şəhəri Suraxanı rayonu 226 saylı tam orta məktəbin şagirdləri olmuşdur.
İdeya müəllifi f.ü.f.d., dos. Şamil Sadiq olan və 2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən Olimpiadanın bu ilki buraxılışının dəstəkçiləri Medika Hospital, Hədəf Multimedia Mərkəzi, Altun Kitab, Azərbaycan Elm Assosiasiyası, Hedef Global, Kitabevim.az kitab mağazaları şəbəkəsidir. APA TV, edumap.az, Ustad dərgisi, senet.az portalı Olimpiadanın informasiya tərəfdaşlarıdır.
Şərh yazın →