• Fənlərin Dostluğu Olimpiadası-BURAXILIŞ № 6

    Fənlərin Dostluğu Olimpiadası-BURAXILIŞ № 6

    12fdoposİdeya müəllifi:      Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil K. Sadıqov

    Olimpiadanın təsisçisi:         Hədəf Nəşrləri

     

     

    Təşkilatçı:        Təhsil Problemləri İnstitutu, Azərbaycan Universiteti, Hədəf Kursları

    Sponsorlar:      “OYAL”, Medica Hospital, Kitabevim.az,

                               İstiqlal Tədris və Yaradıcılıq Mərkəzi

     

    İnformasiya dəstəyi:     Senet.az, “OTV”, Azpress.az

     

    Layihənin saytı:                     www.inteqrasiya.az

     

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə

    keçiriləcək  6-cı “Fənlərin Dostluğu Olimpiadası ”nın

     

    LAYİHƏSİ

    Layihənin məqsədi:  Fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

    Mahiyyəti: Gələcəkdə bütün Respublika məktəblərini və xaricdə yaşayan  azərbaycanlı  gəncləri də öz ətrafında birləşdirməyi hədəf alan  “Fənlərin Dostluğu Olimpiadası”nın bu ilki buraxılışı Bakı, Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 9-10-cu sinif şagirdləri arasında keçiriləcəkdir. Təqribən 300-ə qədər məktəb bu layihəyə qoşulacaqdır. Bir mərhələdə keçirilməsi nəzərdə tutulan olimpiadada 2000-dən artıq şagirdin öz biliyini sınayacağı planlaşdırılır. Test şəklində təqdim olunan suallar Azərbaycan dilində soruşulacaqdır. Olimpiadada ödənişsizdir. Layihə hər il olduğu kimi bu il də təşkilatçılar və sponsorların maliyyə dəstəyi ilə həyata keçirilir.

    Şagirdlərə Azərbaycan dilinin qrammatikası əsasında qurulan 50 test tapşırığı veriləcək. Bunlardan 5 sual riyaziyyat, 5 sual tarix, 5 sual ingilis dili, 5 sual coğrafiya, 5 sual kimya,  5 sual fizika, 5 sual biologiya fənləri üzrə ikifənli inteqrasiyada, 10 sual çoxfənli inteqrasiyada və 5 sual isə məntiqi təfəkkürün yoxlanılması üçün təqdim ediləcək.

     

    İkifənli (Azərbaycan dili ilə və digər fənn) inteqrasiyaya aid nümunə:

    Özü yıxılan ağlamaz” – ifadəsinə hansı fikir uyğun gəlir?

    A) Hidrogenin metallarla birləşməsi hidridlər adlanır.

    B) Ammonium ionunda azot donor atomdur.

    C) Xörək duzu ion kristal qəfəsinə malikdir.

    D) Elektromənfiliyi ən böyük olan element flüordur.

    E) Qrafit karbonun allotropik şəkildəyişmələrindən biridir.

    Doğru cavab: D

    Çoxfənli inteqrasiyaya aid nümunə:                           

    Verilən şərtlərin izah etdiyi sözlərin hansının ilk sözü “” sifətinin antonimi deyil?

    A) Döş qəfəsində yerləşən orqanlardan biridir.

    B) Böyük Qafqaz dağları bu dənizin sahilindəki zirvədən başlayır.

    C) Orqanizmdə 40-a qədər funksiya yerinə yetirir.

    D) Kiçik Qafqaz dağlarında 3062 m hündürlükdə zirvədir.

    E) Azərbaycan və Gürcüstan sərhəddində yerləşən düzənliklərdən biridir.

    Doğru cavab: A

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə

    keçiriləcək  6-cı “Fənlərin Dostluğu Olimpiadası ”nın

    PROQRAMI

    1. Olimpiadanın keçirilməsi üçün rəsmi start verilməsi –  01 dekabr 2015-ci il

    1.1. Mətbuat konfransı vasitəsilə Olimpiadanın başlanması haqqında mətbuata və ictimaiyyətə məlumat verilir.

     

    2.  Təbliğat müddəti – 01 dekabr – 10  dekabr 2015-ci il

    2.1. Bu müddət ərzində məktəb gəzintiləri baş tutur. Məktəblərə poster və bukletlər paylanılır, şagirdlərə Olimpiadanın mahiyyəti  izah edilir.

    2.2. Birinci mərhələdə iştirak edəcək şagirdlərin sayı dəqiqləşdirilir.

    2.3. TV, radio və mətbuat reklamları da bu mərhələdə həyata keçirilir.

    3. Olimpiadanın keçirilməsi  – 13 dekabr 2015-ci il

    3.1. Olimpiada Respublikanın 3 şəhərində eyni vaxtda keçirilir: Bakı şəhərində,  Sumqayıt şəhərində və Xırdalan  şəhərində.

    3.2.  Olimpiada təqribən 300 ümumtəhsil məktəbini əhatə edir. İmtahanda 2000-dən artıq şagirdin iştirakı nəzərdə tutulur.

    3.3. Test üsulu ilə keçirilən imtahanda şagirdlərə cavablandırmaları üçün  50 sual təqdim olunur. İmtahan müddəti 2 saatdır.

    4. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə keçirilən 6-cı “Fənlərin Dostluğu Olimpiadası”nın baglanış mərasimi və qaliblərin    mükafatlandırılması  – 26 dekabr 2015-ci il

    4.1. Baglanış mərasimi və qaliblərin mükafatlandırılması Bakı şəhərində konsert salonlarının, yaxud ali məktəblərdən birinin akt zalında təşkil olunur.

    4.2. İlk 10 yerin sahibləri  diplom və qiymətli hədiyyələrlə mükafatlandırılır.

    4.3. Tədbirin bədii hissədində Respublikanın incəsənət xadimlərinin iştirakı nəzərdə tutulur.

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə

    keçiriləcək  6-cı  “Fənlərin Dostluğu Olimpiadası”

    QALİBLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ MÜKAFATLAR

    İlk üç yeri tutmuş şagirdlərin təhsil aldığı  məktəblərə hədiyyələr

     

    İlk 10 yerin sahibi  şagirdlər

     

    I  yer – “OYAL”dan xüsusi hədiyyə paketi,

    Hədəf kurslarında bir illik 100% güzəştlə təhsil alma imkanı

     

    II yer – “OYAL”dan xüsusi hədiyyə paketi,

    Hədəf Kurslarında bir illik 75% güzəştli təhsil alma imkanı

     

    III yer – “OYAL”dan xüsusi hədiyyə paketi,

    Hədəf Kurslarında bir illik 50% güzəştli təhsil alma imkanı

     

    IV-X yer* –  “OYAL”dan və “Kitabevim.az”dan hədiyyə paketi,

    Hədəf Kurslarında bir illik  30% güzəştli təhsil alma imkanı əldə edir.

    QEYD: Təşkilatçılar və ya sponsorlar da bu mərhələdə həvəsləndirici və ya digər məqsədlə öz hədiyyə və təkliflərini də təqdim edə bilərlər.

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə

    keçiriləcək  6-cı  “Fənlərin Dostluğu Olimpiadası”

    Təşkilatçılar, sponsorlar, informasiya dəstəkçiləri üçün

    nəzərdə tutulmuş bölgü sxem

     1. TV  reklam  rolikində təşkilatçı və baş sponsorun  loqolarının göstərilməsi və  səsləndirilməsi, sponsorların və informasiya dəstəkçilərinin loqolarının göstərilməsi nəzərdə tutulur (30 saniyəlik reklam roliki 3 Televiziya kanalında və radioda yayımlanacaq).

     2. “Fənlərin Dostluğu Olimpiadası”nın rəsmi saytı olan www.inteqrasiya.az  saytında təşkilatçıların və sponsorların reklamlarının  yerləşdirilməsi.

     3. Hədəf Nəşrləri MMC təsisçisi olduğu Senet.az dərgisi də daxil olmaqla dekabr ayında “Fənlərin Dostluğu Olimpiadası” ilə bağlı xəbərlər nəşriyyatın əməkdaşlıq münasibətində olduğu 20-dən çox sayt və informasiya-xəbər portallarında yayımlanacaq. Bu xəbərlərdə təşkilatçı və sponsorlar öz fəaliyyətləri haqqında məlumat vermək imkanına  malik olacaqlar.

     4. 6-cı  “Fənlərin Dostluğu Olimpiadası”nın keçirildiyi binalarda – binanın qarşısında, foyedə (sinif otaqları xaric) öz reklamlarını yerləşdirə bilərlər (baner, buklet və s). Mükafatlandırma mərasiminin keçirildiyi səhnədə də stendlə təmsil olunmaq hüququna malikdirlər.

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+