• Fənlərin Dostluğu Olimpiadası ilə bağlı seminar keçirildi

    Fənlərin Dostluğu Olimpiadası ilə bağlı seminar keçirildi

     

    Fənlərin Dostluğu Olimpiadasının (FDO) bu ilki 10-cu buraxılışı ilə bağlı Hədəf Kurslarının Nizami filialının kollektivi məktəb və liseylərdə Olimpiadası barəsində şagirdləri məlumatlandırıblar.

    FDO-da düşən suallardan nümunələr göstəriblər. Bununla yanaşı şagirdlərin suallarını cavablayıblar.

    İdeya müəllifi f.ü.f.d., dos. Şəmil Sadiq olan “Fənlərin dostluğu Olimpiadası”nın bu ilki buraxılışı Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı Respublikamızın digər bölgələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında keçiriləcəkdir. Bir mərhələdə keçirilməsini nəzərdə tutulan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar. Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir. Olimpiadanın rəsmi elektron ünvanı  www.inteqrasiya.az saytında şagirdlər onlayn qeydiyyatdan keçməklə iştirak edə biləcəklər (https://bit.ly/35u42qz).

    Son qeydiyyat tarixi 13 dekabr olan Fənlərin Dostluğu Olimpiadasının bu ilki 10-cu buraxılışı 15 dekabr 2019-cu il tarixində təşkil olunacaqdır.

    Xatırladaq  ki, FDO-nun 2019-cu il buraxılışının əsas təşkilatçıları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyası və Hədəf STEM Liseyidir.

    Tərəfdaşlar: Medika Hospital, Hədəf Multimedia,  Altun Kitab, Hədəf Kursları MMC,  kitabevim.az, Hedef Global, Oyal, Edu Grata.

    İnformasiya dəstəkçiləri: Ustad dərgisi, www.senet.az və azedu.az portallarıdır.

     

     

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+