1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Olimpiadanın təşkil edilməsi və keçirilməsinin ümumi qaydalarını, eləcə də qaliblərin təyin edilməsi qaydalarını müəyyən edir.
1.2. Olimpiadanın təşkili və keçirilməsi intellektual cəhətdən istedadlı və bacarıqlı 9-10-cu sinifdə oxuyan məktəblilərin üzə çıxarılmasına kömək edəcək.

2. Məqsəd və vəzifələr

2.1. IV Fənlərin Dostluğu Olimpiadasının əsas məqsədi: iştirakçıların intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, bacarıqlı və istedadlı məktəblilərə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etmək, ümumtəhsil məktəblərində təhsil alan uşaqlarda yaradıcılıq qabiliyyətini mədəniyyətini üzə çıxarmaq, məktəblilərdə tədris fənlərinin öyrədilməsində analitik düşüncə tərzini aşılamaqdan ibarətdir.

2.2. Olimpiadanın vəzifələri:
-İstedadlı şagirdlərin üzə çıxarılması;
-Orta ümumtəhsil məktəb şagirdlərinə öz bilik və intellektlərinin qiymətləndirilməsinin səmərəli üsullarının təqdim olunması;
-Olimpiadanın keçirilməsində iştirak edən orta ümumtəhsil məktəb müəllimləri arasında inteqrativ qiymətlənditmə modellərinin yayılması;
-Ümumtəhsil məktəblərində fənlərarası əlaqəni inkişaf etdirmək;

3. Olimpiadanın predmeti və iştirakçıları

3.1. Olimpiada Azərbaycan Respublikasının orta ümumtəhsil məktəbləri arasında keçirilir.
3.2. Olimpiada iştirakçıları müsabiqədə fərdi şəkildə iştirak edirlər. Olimpiada iştirakçıları IX-X sinif şagirdlərindən ibarət olmalıdır.
3.3. Olimpiadanın predmeti iştirakçıların bu əsasnamə ilə təyin edilmiş tədris fənləri üzrə inteqrativ test tapşırıqlarını müxtəlif günlərdə keçirilən birinci və ikinci mərhələlər üzrə qəbul edilən vaxt intervalında həll etmələridir.

4. Olimpiadanın təşkilatçısı

4.1. Təşkilat komitəsi
4.2. Olimpiada təşkilatçısı təmin edir:
- Bütün Olimpiada iştirakçıları üçün bərabər və ədalətli şərait;
- Olimpiadanın aydın və şəffaf şəkildə keçirilməsi.

5. Olimpiadanın keçirilməsinin təşkili

5.1. Olimpiadanın həyata keçirilməsinin məqsəd, vəzifə və istiqamətləri strategiyasını müəyyənləşdirən ali əlaqələndirici orqan Olimpiadanın Təşkilat Komitəsidir (sonradan – Təşkilat Komitəsi). Təşkilat Komitəsinin hüquq və vəzifələri Əsasnamənin 9.1. bəndində verilmişdir. 5.3. Olimpiadanın konkret məlumatlandırma materialları ilə təminatını Olimpiada Təşkilat Komitəsi həyata keçirir. 5.4. Olimpiada Azərbaycan dilində keçirilir.

6. Olimpiadada iştirak qaydaları

6.1. Olimpiadanın gedişində iştirakçılar aşağıdakı tədris fənlərinə uyğun bilik nümayiş etdirəcəklər: Azərbaycan dili və ədəbiyyat, ingilis dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, fizika, tarix və məntiq.
6.2. Olimpiada iştirakçıları hazırda orta ümumtəhsil məktəblərində 9-10-cü sinifdə təhsil alan şagirdlərdən ibarət olmalıdır.
6.3. Olimpiadada iştirak etmək üçün əvvəlcədən müəyyən olunmuş qaydada ümumtəhsil müəssisəsindəki Məktəb Olimpiada Təşkilatında qeydiyyatdan keçməlidir.
6.4. Olimpiadada iştirak pulsuzdur.

7. Olimpiadanın keçirilməsi və qaliblərin təyin olunması qaydaları

7.1. Olimpiada bir mərhələdə keçirilir.
7.2. Olimpiada keçirilən əraziyə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə və Olimpiadaya buraxılış vərəqi ilə daxil olmaq mümkündür. Otaqlarda yalnız Olimpiada Təşkilat Komitəsinin üzvləri və Olimpiada iştirakçıları ola bilər.
7.3. Olimpiada iştirakçıları inteqrativ test tapşırıqlarını qəbul edilmiş vaxt ərzində yerinə yetirirlər.
7.4. İnteqrativ test tapşırıqları yerinə yetiriləndən sonra hər bir iştirakçı kitabçasını nəzarətçiyə verərək zalı tərk edir.
7.5. İştirakçıların 2 (iki) saat müddətində həll etdikləri 50 (əlli) inteqrativ test tapşırıqlarının nəticələri 5 (beş) gün müddətində doğru cavablar bazasından yoxlanılır. buraxılan olimpiada iştirakçılarının nəticələri Olimpiada Təşkilat Komitəsinin qərarı ilə təsdiqləndikdən sonra olimpiadanın rəsmi saytı vasitəsilə ictimaiyyata açıqlanır.
7.6. Yekunlaşdırıcı nəticələr ikinci mərhələnin bitməsindən 1 (bir) gün sonra olimpiadanın rəsmi saytı vasitəsilə ictimaiyyata açıqlanır. Ballar eyni olduğu halda doğru cavablara yanaşma faizi nəzərə alınmaqla seçilir.
7.8. Olimpada tapşırıqlarında səhv düzü aparmır.

8. Olimpiadanın təşkilati, informasiya və sponsorluq təminatı

8.1. Olimpiadanın təşkilati məsələlərini Təşkilat Komitəsi həyata keçirir.
8.2. Olimpiada tapşırıqlarının həlli üçün Təşkilat Komitəsi tərəfindən məktəb təşkilatçıları üçün (və ya )qabaqcadan məlumatverici materiallar və inteqrativ test nümunələri göndərilir.
8.3. Olimpiada haqqında məlumat kütləvi informasiya vasitələrində, Olimpiadanın rəsmi saytında və digər internet saytlarda yerləşdirilir.
8.4. Olimpiada haqqında informasiya göndərilir:
- Olimpiadada iştirak etmək istəyən orta ümumtəhsil məktəblərinin direktorlarına;
- Kütləvi informasiya vasitələrinə.
8.5. Maliyyə təminatı təhsilimizin inkişafı üçün sponsor olaraq layihəyə dəstək verən müxtəlif yerli şirkətlər hesabına həll olunur.

9. Olimpiadanın idarəetmə orqanlarının funksiyaları

9.1. Olimpiadanın Təşkilat Komitəsi

9.1.1. Olimpiadanın Təşkilat Komitəsi Olimpiadanın layihə rəhbəri və təşkilatçıların ümumi razılığı əsasında müəyyənləşdirilir və formalaşdırılır.
9.1.2. Olimpiada Təşkilat Komitəsinin sədri Təşkilat Komitəsinin üzvləri tərəfindən səs çoxluğu ilə seçilir.
9.1.3. Olimpiadanın Təşkilat Komitəsi aşağıdakı funksiyaları həyata keçirir:
- Olimpiada haqqında Əsasnaməni təsdiq edir və ona lazım olan dəyişikliklər edir;
- Olimpiadanın məqsəd və vəzifələrini təyin edir;
- Olimpiadanın keçirilməsinin təşkilat-maliyyə təminatının əlaqələndirilməsini həyata keçirir;
- Olimpiadanın keçirilməsi qaydasını təyin edir;
- Olimpiadanın məktəb təşkilatları üçün təlimatlarını hazırlayır;
- Olimpiadanın məktəb təşkilatlarının köməyi ilə iştirakçıları seçir;
- Olimpiadanın keçirilməsini təşkil edir;
- Qaliblərin və mükafatçıların siyahısını təsdiq edir;
- Olimpiadanın keçirilməsi zamanı baş verən mübahisəli məsələlərə baxır.
- Olimpiadanın son yekununu təsdiq edir.

9.2. Olimpiadanın məktəb təşkilatçıları

9.2.1. Olimpiadanın məktəb təşkilatçıları ümumtəhsil müəssisələrinin rəhbərliyi tərəfindən təyin olunur və onlar müvafiq, təsdiqlənmiş plan – qrafikə uyğun olaraq öz məktəblərində olimpiada iştirakçılarının qeydiyyatını həyata keçirir.
9.2.2. Olimpiadanın məktəb təşkilatçıları aşağıdakı funksiyaları həyata keçirirlər:
- Öz ümumtəhsil müəssisələrində şagirdlər arasında Olimpiada keçirilməsini təmin edir;
- Olimpiadanın gedişində bütün qanun və prinsiplərə riayət olunmasına nəzarət edir;
- Olimpiadanın gedişində ortaya çıxan sual və problemləri digər olimpiada təşkilatları ilə birgə həll edir.

10. Olimpiada iştirakçılarına qoyulan tələblər

10.1. Olimpiada iştirakçıları sakitliyə və intizama riayət etməlidirlər.
10.2. Olimpiada Təşkilat Komitəsinin Olimpiadada istifadəsi üçün icazə verilən məlumatlandırma vərəqləri istisna olmaqla, digər materiallardan istifadə qadağandır. Mobil telefonlardan və digər elektron cihazlardan, əlaqə vasitələrindən istifadəyə yol verilmir. Verilmiş qaydaların pozulması iştirakçını Olimpiadada iştirak hüququndan məhrum edəcəkdir.

11. Olimpiada qaliblərinin mükafatlandırılması

11.1. Olimpiadanın nəticələrinə əsasən ilk 3 yer üzrə həm iştirakçılar, həm də onların təmsil etdiyi məktəblər; sonrakı 4-10-cu yerlər üzrə isə yalnız iştirakçılar mükafatlandırılır.
11.2. Olimpiadanın ikinci mərhələsində iştirak edən bütün iştirakçılar (yüz nəfər) Olimpiadada müəyyən olunmuş formada sertifikat alacaqlar.
11.3. Olimpiadanın keçirilməsində informasiya, texniki və sponsorluq təminatını həyata keçirən şirkətlər uyğun diplomlarla mükafatlandırılacaqlar.
11.4. Olimpiadanın Təşkilat Komitəsi tərəfindən “Fəxri Qonaq” adına layiq görülmüş şəxslər fəxri diplomla təltif ediləcəklər.