• Fənlərin Dostluğu Olimpiadasının 10-cu buraxılışı keçiriləcək

    Fənlərin Dostluğu Olimpiadasının 10-cu buraxılışı keçiriləcək

    sa

    Fənlərin Dostluğu Olimpiadasının (FDO) bu ilki 10-cu buraxılışı 15 dekabr 2019-cu il tarixində təşkil olunacaqdır.

    2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən və bu il 9-10-cu sinif şagirdləri arasında planlaşdırılan “Fənlərin Dostluğu Olimpiadası” 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilir. Layihənin  məqsədi  fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

    İdeya müəllifi f.ü.f.d., dos. Şəmil Sadiq olan “Fənlərin dostluğu Olimpiadası”nın bu ilki buraxılışı Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı Respublikamızın digər bölgələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında keçiriləcəkdir. Bir mərhələdə keçirilməsini nəzərdə tutulan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar. Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir. Olimpiadanın rəsmi elektron ünvanı  www.inteqrasiya.az saytında şagirdlər onlayn qeydiyyatdan keçməklə iştirak edə biləcəklər (https://bit.ly/35u42qz).

    Son qeydiyyat tarixi 13 dekabr olan Fənlərin Dostluğu Olimpiadasının bu ilki 10-cu buraxılışı 15 dekabr 2019-cu il tarixində təşkil olunacaqdır.

    Xatırladaq  ki, FDO-nun 2019-cu il buraxılışının əsas təşkilatçıları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyası və Hədəf STEM Liseyidir.

    Tərəfdaşlar: Medika Hospital, Hədəf Multimedia,  Altun Kitab, Hədəf Kursları MMC,  kitabevim.az, Hedef Global, Oyal, Edu Grata.

    İnformasiya dəstəkçiləri: Ustad dərgisi, www.senet.az və azedu.az portallarıdır.

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+