• Fənlərin Dostluğu Olimpiadasının mükafatlandırılma mərasimi keçirildi – FOTOLAR

    Fənlərin Dostluğu Olimpiadasının mükafatlandırılma mərasimi keçirildi – FOTOLAR

    21 dekabrda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təşkil olunan 10-cu Fənlərin Dostuluğu Olimpiadasının mükafatlandırma mərasimi keçirilib.

    Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.

    Hədəf Kurslarının Sosial İşlər və Layihələr üzrə direktoru Elvin Əliyev FDO-nun uğurla həyata keçirilməsində dəstək göstərən tərəfdaşlar barəsində məlumat verib: “Fənlərin Dostluğu Olimpiadası”nın bu ilki 10-cu  buraxılışının təşkilatçıları Hədəf STEM Liseyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyası olduğunu bildirən E.Əliyev 15 dekabr 2019-cu il tarixində Respublikamızda  fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında keçirilən Olimpiadanın birinci mərhələsində  ölkənin müxtəlif  bölgələrindən 2000-ə yaxın şagird iştirak etmişdir. Bakı, Sumqayıt, Xırdalan şəhərlərindəki imtahan mərkəzlərində təşkil olunan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sual cavablandırmışlar. Olimpiadada suallar fənnlərin bir-birinə inteqrasiyası şəklində təqdim olunur. 2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən Olimpiadanın bu ilki buraxılışının dəstəkçiləri: Medika Hospital, Hədəf Multimedia, Altun Kitab, Hədəf Kursları MMC, Kitabevim.az, Hedef Global, Oyal, Edu Grata-dır”.

    Daha sonra çıxış edən layihənin ideya müəllifi fil.ü.f.d., dosent Şəmil Sadiq FDO-nun yaranma tarixindən və illər ərzində keçdiyi çətin yollardan danışıb. O, belə bir olimpiadanın gələcəkdə Türk respublikalarından olan şagirdlər arasında keçirilməsi planlaşdırdıqlarını və tezliklə bu formatda beyənlxalq olimpiadanın keçirləcəyinə inandığını söylədi.

    Sonra çıxış edən Hədəf Kurslarının Elm və Tədris işləri departamentinin direktoru Elxan Nəcəfov və kursun Azərbaycan dili fənn müəllimi Nizami Hüseynov imtahanda düşən sual nümunələri ilə tədbir iştirakçılarını tanış etdilər. Sualların hazırlanmasında iştirak edən kursun müəllimləri təşəkkürnamələrlə təltif olunublar.

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Gömrük xidməti polkovniki Qulu Novruzov çıxış edərək imtahanda uğur qazanmış şagirdləri təbrik edib. O, Fənlərin Dostluğu Olimpiadasının şagirdlərə verdiyi töhfədən bəhs edərək, bu imtahan növünün vacibliyini vurğulayıb. Həmçinin o, FDO-nun təşkilatçısı olan Hədəf STEM Liseyinin milli dəyərlərə sahib olan gəncliyin yetişməsindəki əhəmiyyətindən də danışıb. Q.Novruzov daha sonra Hədəf Liseyinin direktoru Ş.Sadiqə Gömrük Komitəsinin təşəkkürnaməsini və qiymətli hədiyyəsini təqdim edib.

    Çıxışdan sonra Hədəf STEM Liseyinin şagirdlərinin ifasında FDO-nun mahiyyətini izah edən şeirlər səsləndirilib.

    Tədbirdə həmçinin Beynəlxalq Avrasiya Mətbuat Mərkəzinin direktoru Ümid Mirzəyev, professor Allahverdi Məmmədov, “İnci” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri, iş adamı Mikayıl Yusifov çıxış edərək FDO-nun yüksək səviyyədə keçirilməsindən məmnunluqlarını bidirərək təşkilatçılara təşəkkürlərini çatdırıblar.

    E.Əliyev çıxış üçün Hədəf Kurslarının həmtəsisçisi Vüqar Tarquliyevi kürsüyə dəvət edib. O, da öz növbəsində imtahanda uğur qazanan şagirdləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

    Tədbir imtahanda yer qazanmış şəxslərin mükafatlandırılması prosesi ilə davam edib.

    Qeyd edək ki, qaliblərə diplom, fəxri fərman, Medika Hospitaldan pulsuz müayinə, Kitabevim.az, Altun kitab Nəşriyyatından və Oyal mağazalarından müxtəlif hədiyyələr təqdim olunub.

     

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+