• Fənlərin Dostluğu Olimpiadasının mükafatlandırılma mərasimi keçirildi

    Fənlərin Dostluğu Olimpiadasının mükafatlandırılma mərasimi keçirildi

    27 dekabrda IX Fənlərin Dostluğu Olimpiadasının mükafatlandırma mərasimi keçirildi.

    Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.

    Daha sonra çıxış üçün söz layihənin ideya müəllifi f.ü.f.d., dos Şəmil Sadiqə verildi. O, FDO-nun yaranma tarixindən və illər ərzində keçdiyi yoldan danışıb.

    Şəmil Sadiq tədbir iştirakçılarını imtahanda düşən sual nümunələri ilə tanış edib: “Fənlərin Dostluğu Olimpiadası fənlər arası inteqrasiyanı təmin edir. Şagirdlər bu imtahanda uğur qazanması üçün bütün fənlərə yaxşı bələd olmalıdır. Biz istəyirik ki, şagirdlərimiz təkcə öz ixtisas fənlərini deyil, digər fənləri də onlar qədər öyrənsinlər”.

    Şəmil Sadiqdən sonra Milli Məclisin deputatı Musa Urud çıxış edərək imtahanda uğur qazanmış şagirdləri təbrik edib. O, Fənlərin Dostluğu Olimpiadasının şagirdlərə verdiyi töhfədən bəhs edərək, bu imtahan növünün vacibliyini vurğulayıb.

    Çıxışdan sonra Hədəf STEM Liseyinin şagirdləri musiqi kompozisiyası təqdim olunub.

    Hədəf Kurslarının Sosial İşlər və Layihələr üzrə direktoru Elvin Əliyev FDO-nun uğurla həyata keçirilməsində dəstək göstərən tərəfdaşlar barəsində məlumat verib: “Fənlərin Dostluğu Olimpiadası”nın bu ilki 9-cu  buraxılışının təşkilatçıları Azərbaycan Respublikası Prezidentinin Yanında  Bilik Fondu, Odlar Yurdu Universiteti və Hədəf STEM Liseyidir. 15 dekabr 2018-cı il tarixində Respublikamızda  fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında keçirilən Olimpiadanın birinci mərhələsində  ölkənin müxtəlif  bölgələrindən 2000-ə yaxın şagird iştirak etmişdir. Bakı, Sumqayıt, Xırdalan, Astara, Ağdaş, Ağsu, Ağstafa, İsmayıllı, Oğuz, Qax, Nardaran, Tərtər Şəmkir şəhərlərindəki imtahan mərkəzlərində təşkil olunan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sual cavablandırmışlar. Olimpiadada suallar fənnlərin bir-birinə inteqrasiyası şəklində təqdim olunur. 2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən Olimpiadanın bu ilki buraxılışının dəstəkçiləri Medika Hospital, Hədəf Multimedia Mərkəzi, Altun Kitab, Hədəf Kursları, Kitabevim.az kitab mağazaları şəbəkəsi və Hedef Globaldır”.

    Hədəf Kurslarının Sumqayıt filialının ifasında kiçik səhnəcik nümayiş olunub.

    Elvin Əliyev çıxış üçün Hədəf Kurslarının həmtəsisçisi Vüqar Tarquliyevi kürsüyə dəvət edib. O, da öz növbəsində imtahanda uğur qazanan şagirdləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

    Tədbir imtahanda yer qazanmış şəxslərin mükafatlandırılması prosesi ilə davam edib.

    Sonda xatirə şəkli çəkilib.

    Qeyd edək ki, qaliblər diplom, Fəxri Fərman, Medika Hospital, Kitabevim.az, Altun kitab Nəşriyyatından, Bilik Fondundan müxtəlif hədiyyələrə layiq görülüb.

    Bununla yanaşı birinci yerin qaliblərinə planşet hədiyyə olunub.

     

    I YER

    1

    II YER

    2

    III YER

    3

    IV YER

    4

    V YER

    5

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+