• Fənlərin Dostluğu Olimpiadasının mükafatlandırma mərasimi keçiriləcəyi tarix açıqlandı

    Fənlərin Dostluğu Olimpiadasının mükafatlandırma mərasimi keçiriləcəyi tarix açıqlandı

    27 dekabr, 15:00-da Dünya Azərbaycanlılıarının Həmrəylik Günü münasibətilə keçirilən IX Fənlərin Dostluğu Olimpiadasının mükafatlandırma mərasimi keçirilicək.

     

    Tədbir Hədəf STEM Lİseyinin Akt zalında keçiriləcək (Bakı şəhəri, Tbilisi pr.,72)

     

    2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən və bu il IX buraxılışı keçirilən “Fənlərin Dostluğu Olimpiadası” 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilir. Layihənin  məqsədi  fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

    İdeya müəllifi f.ü.f.d., dos. Şamil Sadiq olan “Fənlərin dostluğu Olimpiadası”nın bu ilki buraxılışı Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı Respublikamızın digər bölgələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında keçirilir. Bir mərhələdə keçirilməsini nəzərdə tutulan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandırıblar. Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir.

    Tərəfdaşlar: Medica Hospital, Hədəf Multimedia,  Altun Kitab, Hədəf Kursları MMC,  Kitabevim.az, HedefGlobal.

    İnformasiya dəstəkçiləri: Ustad dərgisi, www.senet.az və azedu.az portallarıdır.

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+