• Fənlərin Dostluğu Olimpiadasının yeni buraxılışı təşkil olunacaq!

    a5 poster fdo facebook2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən və bu il VIII buraxılışı planlaşdırılan “Fənlərin Dostluğu Olimpiadası” 31 dekabr Dünya
    Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilir. Layihənin məqsədi fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.
    “Fənlərin dostluğu Olimpiadası”nın builki buraxılışı Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı Respublikamızın digər bölgələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında keçiriləcəkdir. Bir mərhələdə keçirilməsini nəzərdə tutulan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar. Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir. Olimpiadanın rəsmi elektron ünvanı www.inteqrasiya.az saytında şagirdlər onlayn qeydiyyatdan keçməklə iştirak edə
    biləcəklər.
    Son qeydiyyat tarixi 15 dekabr olan Fənlərin Dostluğu Olimpiadasının bu ilki 8-ci buraxılışı 17 dekabr 2017-ci il tarixində təşkil olunacaqdır. Xatırladaq ki, FDO-nun 2017-ci il buraxılışının əsas təşkilatçıları Azərbaycan Respublikası Prezidentinin Yanında Bilik Fondu, Odlar Yurdu Universiteti və Hədəf Kurslarıdır.

    Tərəfdaşlar: Medica Hospital, Hədəf Multimedia, Altun Kitab, Azərbaycan Elm Assosiasiyası, kitabevim.az, HedefGlobal. İnformasiya dəstəkçiləri: APA TV,www. edumap.az, Ustad, www.senet.az

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+