Fənlərin söhbəti
Bir dəfə fənlər yıgılıb bir yere
Başladılar bəhsə hərə bir cürə
Ən əvvəlcə açdı dilin fizika:
FİZİKA
-Məncə,söylədiyim deyil evrika
Məndədir ən böyük kəşflər açarı
Kimin var etirazçün ixtiyarı?
Mən olmasam, eyləyiniz etiraf
Heç cəmiyyət edərmiydi inkişaf?
Var nə qədər ixtiram və icadım
Həmişə mənim birinci çəkilib adım.
Söz riyaziyyatın xətrinə dəydi,
Əsəbləşdiyindən üz-gözün əydi:
RİYAZİYYAT
–Ey fizika,söylə nə ixtiyarla
Özünü öyürsən belə bir vüqarla?
Mən olmasam heç var olardınmı sən?
Heç bu cür populyar olardınmı sən?
Bil ki, seçənlər məni üstün seçir
Dahilərin məntiqi məndən keçir.
Hər nə qədər olsa da səndən, yenə
Elmlərin şahı deyirlər mənə.
Biologiya eşitdi söhbəti,
Daha da qarışdırdı olan vəziyyəti:
BİOLOGİYA
–Ey özün öyüb mənəm-mənəm deyən!
Gör nə qədər yolunu azmısa ki sən
Unutmusan ki,mən varam,burdayam
Nə olsun ki,bayaqdan kənardayam
Kim müasir elmə bələddir əgər
Qoy elə o versin işə düzgün dəyər
İyirmi birinci əsr mənlədir
Qabagımda at oynadırsız –nədir?
Son söz hamını qaldırdı ayaga
Cografiya durub gəldi qabaga:
COĞRAFİYA
–Xahiş edirəm,bir belə həddi aşma,
Həya saxla,artıq-əskik danışma.
Məndə cəmlənir elmlərin cəmi
Axı mənəm öyrədən ətraf aləmi
Təbiətin hər sirri məndə yerləşir
Məndə tamamlanır,məndə birləşir
Hər tərəf,hər yanda mənəm birinci
Məncə, bu meydanda mənəm birinci.
Cografiya özünü öyən məqamda,
Qoca tarix cuşa gəldi davamda:
TARİX
–İndi də gəl,sən qulaq as bizlərə
Xüsusilə deyəcəyim bu sözlərə
Hansı xalq ki,bilməyir öz tarixin,
Özgələr şəkər cografiyasın yəqin
Məndə keçmiş var,bu gün,gələcək var
Tarixə hər zaman böyük gərək var
Hər səhifəm bir cavahir,bir inci
Birinciliyə qalsa mənəm birinci.
Söhbət gəlib çıxınca bu gedişinə
Kimyanın sıxıldı dişləri dişinə:
KİMYA
–Kimə gərəkdir toz basmış məlumatlar
Ki,oxuyub qurtarınca bagrı çatlar
Dəyişdikcə bu dövran,bu ruzigar
Yeni həyatda,yeniliyə ehtiyac var
Elm odur ki,nə isə çıxartsın üzə
Yəni ki,bir nailiyyət olsun təzə
Elmin,texnikanın tərəqqisiyçün
Sizin aranızda mənəm ən üstün.
Qulaq asırdı ədəbiyyat bayaqdan
Bunu eşidincə dilləndi qıraqdaı:
ƏDƏBİYYAT
Belə danışırlar niyə özlərindən
Yaxşılıgım gəlməzmi gözləridən?
Hər sahənizdə vardır neçə alim
Onlara yol göstərib ilham pərim
Məndə Nizamilər,Fizulilər var
Yüz illərlə könüllərdə qalıblar
Həyat içində həyatı əks etmişəm
Mən insana yaşamagı öyrətmişəm.
Səs-küy düşüb ara qarışan məqamda
Bir fənn bu yan,o biri fənn o yanda
Hərə özünü tərif edən zamanda
Gəldu diləAna dilimiz bu anda
ANA DİLİ
–Qardaşlarım indi dinləyin məni,
Biz deyilik bir-birinin düşməni
Yox mübahisə etməyin faydası
Var həyatın bax belə bir qaydası
Ayrı olan zaman bir-birimizdən
Hansı xeyir çatar cəmiyyətə bizdən
Biz ki,ayrı-ayrılıqdqa heç nəyik
Biz onda güclüyük ki, bir yerdəyik
Vermək üçün xalqa xeyir biz gərək
Hamımız bir amal məqsəd eyləyək
Öyrədək vətənin hər bir övladın
Ucaltsın onlar da millətin adın.
Səylərimiz xalqın xeyrinə detsin,
Azərbaycanımız inkişaf etsin!
Biz ki,ayrı-ayrılıqda heç nəyik,
Biz onda güclüyük ki, bir yerdəyik!