• FDO 1-in Qalibi Bayramova Aysellə müsahibə

    Aysel, zəhmət olmasa özünü təqdim et.

    Aysel Bayramova. 1995 ci il, yanvarın 1-də Bakı şəhərində anadan olmuşam. Hal hazırda Bakı Avropa Liseyinin XI sinif şagirdiyəm.

    Necə oldu ki, FDO-da iştirak etdin?

    2010-cu ilin … ayında dərs zamanı sinif rəhbərimiz Xalayeva Səadət belə bir olimpiadanın keçiriləcəyini bildirdi. Bənzər tədbirlərə, olimpiadalara böyük maraq duyduğum və çox faydalı hesab etdiyim üçün tərəddüdsüz qatılmaq qərarına gəldim.

    O zamana qədər Hədəf Kursaları haqda hər hansı məlumatınız var idimi?

    Ətraflı məlumatım olmasa da, Hədəf Kursalarında təhsil alan yaxınlarım və məktəb yoldaşlarımdan eşitdiklərim məndə kursun fəaliyyəti haqda müsbət rəy formalaşdırmışdı.

    Bəs olimpiada ümidlərinizi doğrultdumu? Gedişat sizi qane etdimi?

    Bəli, hər şey çox yaxşı, peşəkar təşkil edilmişdi. Belə bir tədbirin iştirakçısı, tərkib hissəsi və ən önəmlisi qalibi olduğum üçün çox böyük məmnuniyyət duyuram.

    Qalibiyyətdən söhbət düşmüşkən qalib olacağını təsəvvür etmişdinmi?

    Əlbətdə ki. Prinsipiallıq mənim həyat fəlsəfəmdi. Mən bütün yarışlara qalib olmaq üçün qatılıram.

    Səni qalibiyyətə aparan yola qısaca nəzər salaq…

    Bu mənim həyatımda çox məsuliyyətli mərhələ idi. Hədəf Kursalarının Nizami filialında baş tutan birinci mərhələdə iştirakçılara 40 sualdan ibarət test kitabçaları paylandı. Suallar həqiqətən yenilikçi və maraqlı idi. Bu mərhələdən uğurla keçərək ilk yüzlüyə düşdüm. Bir müddət sonra kursun Xırdalan filialında II mərhələ baş tutdu. Artıq iştirakçıların sayı azalmış, rəqabət və həyəcan artmışdı. Bu mərhələni də uğurla başa vurub, ilk onluğa daxil oldum və FDO-nun qaliblərinin mükafatlandırma mərasiminə dəvət olundum. Nəhayət həmin gün gəldi. Tədbir iştirakçıları öz yerlərini tutdular və tədbir açıq elan edildi. İlk onluğa düşdüyüm üçün çox sevincli idim və qalib olduğum ehtimalına da inanırdım. Qalib olduğumu da məhz orada, tədbirin sonunda öyrəndim. Adım açıqlananda özümü çox xoşbəxt və qürurlu hiss etdim. Bu doğurdan da böyük uğur idi.

    O vaxta kimi bənzər qalibiyyət əldə etmişdinmi?

    Bəli. Bu olimpiadaya qədər bir çox yarışlarda iştirakçı olub, nailliyyətlər əldə etmişdim. Lakin bu qalibiyyətin mənimçün özünəməxsus yeri var.

    Bu uğur sənə nə qazandırdı?

    Hədəf Kursları kimi peşəkar və mehriban kollketivlə tanışlığıma və burada təmənnasız təhsil almağıma şərait yaratmaq, mənə dəyərli hədiyyələr qazandırmaqla yanaşı, gələcək nailiyyətlərim üçün stimul verdi, özümə inamı artırdı. Qazandığım bu nailiyyətə görə, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova başda olmaqla bütün müəllimlərimə və Hədəf Kurslarının baş direktoru Şəmil Sadıqov başda olmaqla Olimpiadanın bütün təşkilatçılarına təşəkkürümü bildirirəm.

    Aysel, biz də səni bir daha təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+