• FDO 2 olimpiadanın I turu uğurla başa çatdırılmışdır

    18 dekabr 2011-ci il tarixdə Azərbaycan Universiteti və Hədəf Elm, Təhsil və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş 2-ci “Fənlərin Dostluğu Olimpiadası”nın birinci seçim mərhələsi keçirildi.

    Bakı, Sumqayıt və Xırdalan şəhərlərində təşkil olunan birinci mərhələnin keçirilməsi üçün 6 bina ayrılmışdır. Bütün mərkəzlərində imtahan saat 11:00-da başlanıldı. Bu mərhələdə 2 saat müddətində şagirdlərə cavablandırmaları üçün 50 sual təqdim olundu. Xatırladaq ki, birinci mərhələdə təqribən 300-ə qədər məktəbdən 2755 şagird iştirak etmişdir. Bu şagirdlər Bakı, Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 9-10-cu sinif şagirdləri arasından seçilmişdir. Birinci seçim mərhələsində iştirak edən şagirdlər içərisindən ən yüksək nəticə göstərmiş 100 şagird ikinci seçim mərhələsində iştirak etmək hüququ əldə edəcəklər. Birinci mərhələnin nəticəsi olaraq ilk 100 yerin sahiblərinin adları 20 dekabrdan etibarən www.inteqrasiya.az saytında yerləşdiriləcəkdir.

    İkinci mərhələ isə 25 dekabr saat 11:00-da Azərbaycan Universitetinin əsas korpusunda keçiriləcəkdir. Bu turda 1 saat müddətində şagirdlərə cavablandırmaları üçün 30 sual təqdim olunacaqdır.

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+