• FDO qaliblərinin olimpiadadan sonrakı nailiyyətləri!

     

    Fənlərin Dostluğu Olimpiadası-1 qalibi
    Aysel Bayramova- Bakı Avropa liseyi.

    DSC_0009--Mən Bayramova Aysel Nizami qizi ,orta təhsilimi Baki Avropa liseyində almışam. Baki Avropa Liseyində təhsilim ərzində bir çox idman ve bilik yarışlarında iştirak etmişəm. FDO yarışmasının ən çox yadda qalan olduğunu deyə bilərəm. Yaddaşlarda ilk və özəl buraxılış olaraq qalib. İlk buraxılışın qalibi olmaq həm həmin dövrdə mənim üçün  böyük stimul oldu, həm də liseyimi təmsil edərək adını ucaltmaq şansı verdi.

    2012-ci ilde bakalavr  imtahanından 396 bal topladım ve Dövlet Neft Akademiyasının Kimya Texnologiya fakultəsinə daxil oldum. 2 il sonra 2014-cu ildə təhsilimi xaricdə ve başqa sahə üzrə davam etdirmək qərarına gəldim. Düzgün və vaxtında atılmış bir qərar idi . Gərəkli imtahanlardan uğurla keçərək Almanyanın Magdeburg şəhərində Otto-von-Guericke universitetinin “International Business and Economics” fakultəsinə daxil oldum. Hal hazirda 3cü-son kurs tələbəsiyəm..
    Xaricdə təhsilimi davam etdirmək həyatımda donuş nöqtəsi oldu deye bilərəm. Dünyaya, insanlara, iş və təhsil həyatına tamam başqa nöqteyi nəzərdən yanaşma imkanı qazandım. Ailəndən, yaxınlarından uzaqda olmaq, gördüyün hər bir işin, atdığın hər bir addımın məsuliyyətini öz çiynində daşımaq qürurverici hissdir. Öhdəsindən gəldiyimi düşünürəm.

     

    Fənlərin Dostluğu Olimpiadası-2 qalibi
    Günel
    Məmmədova,287 saylı Zəkalar liseyi.

    1

    Mən Məmmədova Günel,orta təhsilimi 287 saylı Zəkalar liseyində almışam.2-ci fənlərin dostluğu olimpiadası mənim həyatımda xüsusi rol oynadı.Olimpiadadan sonra 1-ci yer olmaq mənim özgüvənimi artırdı.2012-ci ildə Respublika fənn olimpiadalarında işirak edib IV yerə layiq görüldüm. Bakalavr imtahanımda isə 680 bal bal topladım.Tibb Universitetinin Müalicə işi fakultəsinə qəbul oldum.Hal-hazırda tələbəyəm.Belə bir olimpiadada iştirak etmək mənim üçün fərqli və xoş bir duyğu idi.

     

     

     

     

     

     

    Fənlərin Dostluğu Olimpiadası-3 qalibi

    Neman
    Həsənzadə- Bakı şəhəri,Nizami rayonu, 299 saylı orta məktəb.

    15942087_1281388405278225_1686544893_nMən Neman Həsənzadə, Nizami rayonu 299 saylı orta məktəbin məzunuyam.2013-cü ildə Hədəf Nəşrlərinin təsis etdiyi Olimpiadada iştirak etdim.1-ci yerin qalibi olmuşam.Olimpiadadan sonra 2-ci qrup üzrə 675 balla Azərbaycan Respublikası Dövlət Gömrük Akademiyasının Gömrük işinin təşkili fakültəsinin İqtisadiyyat ixtisasına qəbul olmuşam.Hal-hazırda III kurs tələbəsiyəm.Olimpiadaya ilk dəfə qatılanda ilk 10 luğa belə düşə bilməmişdim,ama ikinci dəfə qatılanda artıq birinci yer tutmuşdum.Olimpiadadan sonra müxtəlif yarışlara həvəsim artdı və daha çox çalışmağa motivasiya  oldum..

     

     

     

     

    Fənlərin Dostluğu Olimpiadası-4 qalibi
    Günay Zamanova-Sumqayıt şəhər, Texniki və Təbiət Elmləri təmayüllü lisey.
    IMG_7599
    Mən,Günay Zamanova orta təhsilimi Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyində almışam.2014-cü ildə FDO-nun 1-ci oldum.Olimpiada həyatımda böyük stimul oldu.Bu olimpiadadan sonra orta məktəbi bitirib,672 balla Tibb Universitetinin Müalicə işi fakultəsinə qəbul olmuşam.Hal-hazırda tələbəyəm.

     

     

     

     

     

     

     

     

    Fənlərin Dostluğu Olimpiadası-5 qalibi
    Elgün Cəfərov- Sumqayıt şəhər,Texniki və Təbiət Elmləri təmayüllü lisey.
    IMG_3404
    Mən,Elgün Cəfərov, 2014-cü ildə Hədəf kurslarının təşkil etdiyi mütərəqqi bir layihə olan Fənlərin Dostluğu Olimpiadasının qalibi olmuşam.Bu olimpiadanın keçirilməsi gənclərdə müxtəlif fənlərin inteqrasiyası,onlar arasında qarşılıqlı əlaqələrin düzgün qurulması ,məntiqi təfəkkürün inkişafı kimi xüsusiyyətləri formalaşdırır. FDO-nun qalibi olaraq bu layihə mənə çox şey qazandırdı .Hər şeydən əvvəl müxtəlif fənlər arasında bilik səviyyəmi müəyyənləşdirməkdə xüsusi rol oynadı.Həmçinin bu olimpiada mənim bilik və bacarığımı maksimum dərəcədə nümayiş etdirməyimə səbəb oldu.

    Fənlər Dostluğu Olimpiadasının qalibi olaraq fərəh və sevinc hisləri keçirdim və ailəm bunu böyük fəxarətlə qarşıladı.Gənclərin fənlərə maraqlarının artırılması və onların elmin müxtəlif sahələrinə həvəsləndirilməsində bu layihənin böyük əhəmiyyəti vardır.Bu nöqteyi-nəzərdən FDO layihəsinin təşkilatçılarına bütün gənclər adından öz dərin minnətdarlığımızı bildiririk.

    Layihədən sonra mən Hədəf Kurslarından 1 illik pulsuz təhsil əldə etdim.Bu kursda ali məktəbə hazırlaşaraq 696 balla Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil oldum.Hal-hazırda tələbəyəm.

     

     

     

     

     

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+