• FDO 3 İlk mərhələ baş tutdu

    FDO 3 İlk mərhələ baş tutdu

    Bir ildir ki, istedadlı şagirdlərin gözlədiyi FDO 3 (Fənlərin Dostluğu Olimpiadası) 23 dekabr tarixində baş tutdu. Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş Fənlərin Dostluğu Olimpiadası 2010-cu ildən Hədəf Kurslarının təşkilatçılığı ilə keçirilir.
    Respublikamızın müxtəlif rayonlarından 1000 yaxın şagird Bakıya gəlmişdi. İmtahan Azərbaycan Universitetinin birinci korpusunda saat 10:00-da başladı. Məktəblilərin əksəriyyətini Bakı, Xırdalan, Sumqayıt məktəbləri təşkil etsə də, rayonlarımızdan gələn şagirdlər diqqəti xüsusi ilə cəlb edirdi. Biləsuvar Rayon Mübariz İbrahimov adına liseyin şagirdləri xüsusi bir avtobusla müəllimləri ilə birgə Bakıya gəlmişdilər.
    İmişlidən şagirdlərini Bakıya gətirən Aqil müəllim gələn il keçiriləcək olimpiadanın ölkəmizin müxtəlif rayonlarında keçirilməsini təklif etdi.
    Heç bir qayda pozuntusu olmadan keçirilən olimpiadadakı suallar şagirdlərin marağını cəlb etdiyi qədər çətin olmasından da şikayətləndilər. Bir sualda bir neçə fənnə aid biliyini soruşulduğu olimpiada qalibi olmaq istəyən şagird bütün fənləri bərabər səviyyədə bilməsi vacib idi.

    44. Verilmiş xəritə sxem bütöv Azərbaycanımızı ifadə edir. Bu xəritədən istifadə etməklə doğru uyğunluğu müəyyən edin:

     I. Ermənilərin Azərbaycana qarşı törətdikləri tarixi cinayətin izlərindən biri sayılan kütləvi soyqırım məzarlığı burada yerləşir.

    II. Qədim mədəniyyyət mərkəzi, musiqi beşiyi, turizm zonasıdır və Turşsu, Şırlan mineral bulaqları burada yerləşir.
    III. “Cəviz” sözü dialekt söz kimi işlənir.
    IV. Şamaxı zəlzələsindən sonra Şirvanşahlar dövlətinin paytaxtı buraya köçürülmüşdür.
    V. Səfəvi – Osmanlı müharibəsinin I mərhələsini başa çatdıran müqavilə imzalanmışdır.
    VI.Vahid Azərbaycan dövlətinin paytaxtı olmuş
    M. Şəhriyarın doğulduğu şəhərdir.

    A) I – 1; II – 2; III – 4; IV – 5; V – 3; VI – 6
    B) I – 4; II – 1; III – 5; IV – 6; V – 2; VI – 3
    C) I – 5; II – 4; III – 2; IV – 3; V – 6; VI – 1
    D) I – 4; II – 5; III – 6; IV – 3; V – 1; VI – 2
    E) I – 6; II – 1; III – 3; IV – 2; V – 4; VI – 5

    Olimpiadanın təşkilat komitəsindən verilən məlumata görə 24 dekabrda nəticələr açıqlanacaq, ilk onluqda olan şagirdlər isə 27 dekabrda Ali Neft Mətktəbinin akt zalında keçiriləcək tədbirdə mükafatlanıdırılacaqlar.

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+