• Finlandiya Təhsilinin özəllikləri

    Finlandiya Təhsilinin özəllikləri

    (FILES) This file picture dated 17 Augus 66 342-finlandiyada-olan-yeni-tehsil-inqilabi-nedir-1 dunyanin-zirve-egitim-sistemlerinden-finlandiya-egitim-sistemi_780x520

     

    Pulsuz məktəblər, qısa dərs saatları, əylənərək öyrətmək, sərbəstlik və öz üzərində işləmək bacarığını aşılamaq Finlandiya təhsil sisteminin əsasını təşkil edir.

    Finlandiyada şagirdlər məktəbə 7 yaşından başlayırlar. Yaşlarından asılı olmadan, şagirdlər məktəbə valideynsiz gəlirlər. Məktəblərdə şagirdləri sərbəst yetişdirməyə önəm verirlər. Şagirdlər, öz ehtiyacları doğrultusunda şəxsi təhsil proqramlarını formalaşdırmaq haqlarına sahibdirlər.

     7 – 16 yaş aralığında ( 9 il ) aldıqları təhsil məcburidir. 9 il ərzində şagirdlərə ev tapşırığı verilmir, çünki öyrənməyin yeri məktəbdir  və tez – tez imtahana tabe tutulmurlar. Şagirdlər  ilk dəfə 9 illik təhsil sonrasında ölkə nəznində imtahana girirlər. Məktəb təhsilini davam etdirmək istəməyən şagirdlər,  imtahandan sonra peşə məktəblərində və texnikomlarda təhsil ala bilirlər. Universitet təhsili almaq istəyən şagirdlər isə 3 illik məktəb təhsillərinə davam etdikdən sonra imtahan verirlər.

    Finlandiya məktəblərində gün ərzində 4 saat dərs keçirilir. İbtidai sinif şagirdlərinə 75 dəqiqə tənəffüs verilir. Məktəblərdə həyata keçirilən bu sistem şagirdlərin zehni və fiziki yorulmalarının qarşısını alır.

    Məktəblərdə hər şagirdə şəxsiyyət olaraq dəyər verilir. Şagirdlərdən biri dərsi kifayət qədər mənimsəyə bilmirsə, müəllimlər buna xüsusi diqqət göstərir və şagirdin öyrənmə proqramını onun şəxsi ehtiyaclarına görə nizamlayır. Bu hal məktəbə uyğunlaşamayan və öyrənmə bacarığı proqramın ilərisində olan şagirdlərə də şamil olunur. Dərsin öyrənilməsində musiqiyə, drama və idmana xüsusi yer verilir.

    Finlandiyada özəl məktəblərin olmaması, bütün məktəblərdə yüksək səviyyəli dərslərin keçirilməsi, təhsil xərclərinin tamamilə dövlət tərəfindən ödənməsi təhsilin inkişafına güclü təsir göstərir. Finlandiyanın təhsil strategiyalarından biri məktəblərin şagirdlərin yaşadıqları yerlərə yaxın yerləşdirilməsidir. Dağlıq zonada yaşayanların məktəblərə getməsi üçün pulsuz nəqliyyat imkanları yaratmaqla, ölkədə yaşayan bütün vətəndaşların bərabər səviyyədə təhsil almaları həyata keçirilir.

    “ Təhsil hər kəs üçün bərabər imkanlar yaratmaq deməkdir ” prinsipi ilə məktəblərdə dərs keçirilir. Şagirdlər arasında bərabərliyə xüsusi önəm verilir. Bütün şagirdlər zəka və bacarıq səviyyələri nə olursa olsun eyni siniflərdə yerləşdirilir. Şagirdlərin bir – birinə və cəmiyyətə daha tez adaptasiya olunmasında bu prinsip mühim əhəmiyyət kəsb edir.

    Hal – hazırda Finlandiya təhsil sistemi dünyada öndə gedən təhsil sistemlərindən biridir. Finlandiya təhsilində qazanılan uğurlar yüksək səviyyədə bacarıqlı müəllimlərlə və məktəblərdə yaradılan şəraitlə düz mütənasibdir.

    Finlandiyada müəllim yetişdirən universitetlər tələbələrə tibb təhsili səviyyəsində 5 – 6 illik təhsil verir. Onlar üçün “ Öyrətmək ” , insan həyatı qədər dəyərlidir. Müəllimlər öyrənməyə açıqdırlar, öz üzərlərində çox çalışırlar , lakin heç bir zaman özlərini tam hazır hiss etmirlər.

    Finlandiyada müəllimlər son dərəcə sərbəstdir. Dövlət verdiyi təhsilə o qədər güvənir ki, müəllimləri əlavə yoxlamağa ehtiyac duymur.

    Finlandiyada müəllim olmaq üçün savadlı olmaq kifayət deyil. Ünsiyyət qurmağı bacarmaq, uşaqların səviyyəsinə enə bilmək, araşdırmaq və şagirdləri başa düşmək Finlandiyada müəllim olmağın əsas şərtləridir.

     

     

    Qurbanlı Nərmin

     

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+