• İnteqrativ test

    İnteqrativ test

    1. Misallardan birində rəqəmlərin cəmi ilə toplananlardakı incə saitlərin cəmi eynidir. 
    A) 1,5 + 0,5 =
    B) 4+4=
    C) 1 + 1=
    D) 5+5=
    E) 2,5 + 1,5=
    (Hədəf kursları. MQT 6. III qrup. Sual 24)

    2. “Aşıq minayə gələ
    Xalın minayə gələ
    Küsmüşəm, barışmaram
    Göydən min ayə gələ”
    Şeirin təhlilindəkı səhv fikirləri seçin:

    1. Birinci və ikinci misralarda heç bir məna yükü yoxdur.
    2. Şeirdə müəyyən miqdar sayı var.
    3. Şeirdəki isimlər adlıq, yönlük və çıxışlıq haldadır.
    4. Şeirdə sifət də var.
    5. Rədiflər isimdir.
    A) 1,3,5
    B) 1,2
    C) 3,4
    D) 4,5
    E) 2,3,5
    (Hədəf kursları. MQT 7. III qrup. Sual 24)

    3. Müxtəlif fənlərə aid verilmiş hansı düzgün fikirdə iştirak bağlayıcısı var?
    A) 7,(69)-5,(03)+4,(3) misalının da cavabı səkkizdir.
    B) “They” də artikllardan biridir.
    C) Həm Qədim misirlilər, həm də mannalılar heroqliflərdən istifadə ediblər.
    D) M.Füzuli də divanında heca vəznli şeirdən istifadə etmişdir.
    E) Qoşmalar quruluşca sadə və mürəkkəb olur.

    4.Yalnız pis adamlar yalan danışır və ya oğurluq edirlər.
    Asif pis adam deyil. Aşağıdakılardan hansılar doğrudur?

    1.Asif yalan danışır
    2.Asif oğurluq edir, amma yalan danışmır.
    3.Asif oğurluq etmir.
    4.Asif yalan danışır və oğurluq edir.
    5. Asif yalan danışmır.
    A) 1,2,3 B)2,3,4 C)3,5 D)2,5 E)1,5

    5. Həbib, Məhbub …
    Aşağıdakı sənətkarlardan hansının yuxarıdakı sözlərin fleksiyasını tamamlayacaq söz işlənmiş kitabı çapdan çıxmışdır?

    A) B. Vahabzadə
    B) İ. Şıxlı
    C) R. Rza
    D) S. Vurğun
    E) İ. Əfəndiyev

    6. S. Vurğunun poemalarını mövzu baxımından üç qrupa ayırmaq olar:
    1. … mövzulara həsr olunmuş poemalar.
    2. … mövzulara həsr olunmuş poemalar
    3. … həyatını əks edən poemalar.
    Nöqtələrin yerinə yazılacaq sözləri nə birləşdirir?

    A) İltisaqi mənşəli olmaları
    B) Flektiv mənşəli olmaları
    C) Kök dillərə aid olmaları
    D) İltisaqiliyi pozmaları
    E) Ahəng qanununu pozmamaları

    7. “Dəniz” sözü Azərbaycanla hansı ölkənin arasında həm sərhəd olaraq onları ayırır, həm də həmin dillərə aid olaraq birləşdirir?
    A) Rusiyanı
    B)Türkiyəni
    C)İranı
    D)Gürcüstanı
    E)Türkmənistanı

    8. Verilmiş tarixi hadisələrlə bağlı olan bədii əsərləri müəyyənləşdir:
    1. Babəkin Ərəb xilafətinə qarşı üsyanı
    2. Sasani hökmdarı Bəhram şahın hakimiyyəti dövrü.
    3. Səfəvilərlə Osmanlılar arasında “Çaldıran döyüşü”
    4. Ağa Məhəmmədin Qarabağa hücümu
    5. XIX əsrin əvvəllərində İranla Rusiya arasında Azərbaycanın
    parçalanmasına aid müqavilə I. “Vaqif” dramı II. “Bəngü badə”
    III. “Yeddi gözəl” poeması
    IV. “Gülüstan” poeması
    V. “Od gəlini”
    A) 1-I, 2-III, 3-IV, 4-II, 5-V
    B) 1-V, 2-III, 3-II, 4-I, 5-IV
    C) 2-V, 1-III, 4-II, 3-I, 5-IV
    D) 1-II, 2-I, 3-III, 4-IV, 5-V
    E) 1-III, 2-II, 3-I, 4-V, 5-IV

    9. Verilmiş hansı yanlış fikirdə III növ təyini söz birləşməsi işlənmişdir?
    A) Düzbucaqlı üçbucağın hipotenuzunun uzunluğunun kvadratı katetlərinin uzunluqlarının kvadratları cəminə bərabərdir.
    B) “Ang” cerund, indiki zaman feli sifəti və feli bağlaması düzəldir.
    C) Bədii ədəbiyyat həyatı əks etdirmə üsullarına görə üç yerə bölünür.
    D) I növ təyini söz birləşməsinin tərəfləri ayrılıqda müstəqil cümlə üzvü ola bilər.
    E) Qaraqoyunlular dövlətinin yaradıcısı Uzun Həsəndir.

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →
  • Müəllif: Sema - 2013/12/19, 5:31 pm

    Bele bir olimpiadani teskil etdiklerine gore teskilatcilara tesekkur edirem. Bir gun sinaq imtahanlarina da bu cur suallarin salinmasini isterdim.

    Cavab yaz →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+