• IX Fənlərin Dostluğu Olimpiadasının birinci mərhələsi başa çatdı – FOTO

    IX Fənlərin Dostluğu Olimpiadasının birinci mərhələsi başa çatdı – FOTO

    Azərbaycan Respublikası Prezidentinin  Yanında Bilik Fondu, Odlar Yurdu Universiteti və  Hədəf STEM Liseyinin təşkilatçılığı ilə keçirilən IX Fənlərin Dostluğu Olimpiadasının növbəti buraxılışı keçirildi.

    Olimpiadada Bakı, Sumqayıt, Xırdalan şəhərləri ilə yanaşı, Qax, Oğuz, İsmayıllı, Ağsu, Ağdaş, Astara, Tərtər, Şəmkir, Ağstafa rayonlarında və Nardaran qəsəbəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri iştirak ediblər.

    Adları çəkilən rayonlarda gerçəkləşən imtahanlar Bilik Fondunun həmin bölgələrdə fəaliyyət göstərən yerli və regional Bilik evlərinin təşkilatçılığı, icra hakimiyyətlərinin dəstəyi ilə baş tutub.

    İmtahanlar Qax rayon 4 nömrəli, Oğuz rayon E.Abdullayev adına 2 nömrəli,  İsmayıllı şəhər 5 nömrəli,  Ağsu şəhər 3 nömrəli,  Tərtər rayon 2 nömrəli, Şəmkir şəhər Əhməd Cavad adına, Ağstafa şəhrər 1 nömrəli, Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəblərdə, Ağdaş rayonu Maqsud Şeyxzadə adına texniki humanitar fənlər üzrə gimnaziyada, Asatara Heydər Əliyev Mərkəzində keçirilib.

    İmtahan rəhbəri, Hədəf Kurslarının Sosial İşlər və Layihələr üzrə direktoru Elvin Əliyev FDO-nun builki buraxılışında iki mindən çox şagirdin iştirak etdiyini bildiri: “Bu il doqquzuncusu keçirilən Fənlərin Dostluğu Olimpiadasına şagirdlər arasında çox böyük maraq var. Builki imtahanlar 13 regionumuzda keçirildi. İmtahanlara ümumilikdə iki mindən çox şagird qatıldı.

    2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən və bu il IX buraxılışı keçirilən “Fənlərin Dostluğu Olimpiadası” 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilir. Layihənin  məqsədi  fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

    İdeya müəllifi f.ü.f.d., dos. Şamil Sadiq olan “Fənlərin dostluğu Olimpiadası”nın bu ilki buraxılışı Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı Respublikamızın digər bölgələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında keçirilir. Bir mərhələdə keçirilməsini nəzərdə tutulan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandırıblar. Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir.

    Tərəfdaşlar: Medica Hospital, Hədəf Multimedia,  Altun Kitab, Hədəf Kursları MMC,  Kitabevim.az, HedefGlobal.

    İnformasiya dəstəkçiləri: Ustad dərgisi, www.senet.az və azedu.az portallarıdır.

    Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Odlar Yurdu Universiteti, Hədəf STEM Liseyinin təşkilatçılığı ilə paytaxtda və bölgələrdə IX Fənlərin Dostluğu Olimpiadasının növbəti mərhələsi keçirilib.

    31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan Olimpiadada Bakı, Sumqayıt, Xırdalan şəhərləri ilə yanaşı, Qax, Oğuz, İsmayıllı, Ağsu, Ağdaş, Astara, Tərtər, Şəmkir, Ağstafa rayonlarında və Nardaran qəsəbəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri iştirak ediblər.

    Adları çəkilən rayonlarda gerçəkləşən imtahanlar Bilik Fondunun həmin bölgələrdə fəaliyyət göstərən yerli və regional Bilik evlərinin təşkilatçılığı, icra hakimiyyətlərinin dəstəyi ilə baş tutub.

    İmtahanlar Qax rayon 4 nömrəli, Oğuz rayon E.Abdullayev adına 2 nömrəli,  İsmayıllı şəhər 5 nömrəli,  Ağsu şəhər 3 nömrəli,  Tərtər rayon 2 nömrəli, Şəmkir şəhər Əhməd Cavad adına, Ağstafa şəhrər 1 nömrəli, Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəblərdə, Ağdaş rayonu Maqsud Şeyxzadə adına texniki humanitar fənlər üzrə gimnaziyada, Asatara Heydər Əliyev Mərkəzində keçirilib.

    Bilik evlərinin çağırışı ilə 800-ə yaxın şagirdin qatıldığı respublika olimpiadasında sualları ümumilikdə 2 mindən çox şagird cavablandırıb.

    Üç mərhələdən ibarət olan olimpiadanın birinci mərhələsində şagirdlər elektron qaydada qeydiyyata alınıblar. Sonuncu mərhələdə qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

     

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+