• Kiçik Yaşlı Uşaqlar üçün Proqramlaşma dilləri

    Kiçik Yaşlı Uşaqlar üçün Proqramlaşma dilləri

    Kiçik yaşlı uşaqlar üçün Proqramlaşma dilləri
    Professor Con Vu, Karnegi Mellon Universiteti
    İndi proqramlaşdırma tədris proqramlarının istər ibtidai, istərsə də yuxarı siniflərində oxu və yazı bacarıqları kimi vacib qabiliyyətlər sırasında yer almışdır. Bəzi valideynlər “Texnoloji sahədə işləməyən şagirdlərə proqramlaşdırma öyrətməyin nə mənası?” kimi sual verirlər. Fakt gələcəyə söykənir, harada işləmələrindən, nə etmələrindən asılı olmayaraq onlardan proqramlaşma bacarıqları tələb olunacaq. Bu bacarıq onlara sonsuz imkanlar və daha yaxşı iş dünyası açacaqdır. Çox illər öncə psixoloq Jan Piaje təhsilin hədəfini “digər nəsillərin etdiklərini təkrarlayan deyil, yeniliklər edə bilən fərdlər yetişdirmək” kimi müəyyənləşdirmişdi. Bu günkü texnologiyanın yönəltdiyi bazarda gənc nəsil keçmişdə öyrənilənləri təqib etməməli, yenilikləri icra etmək bacarıqları qazanmalıdırlar.
    Çox da uzaq olmayan keçmişdə, şagirdlər kodlaşmanı öyrənmək üçün kompüter kurslarına getməli idilər. İndi MOOCs, YouTube və digər dərsləri onlayn resurslardan istifadə edərək mənimsəmək olar. Şagirdlər hətta bunun üçün ödəniş belə etmirlər. Onlar səy göstərərək proqramlaşma bacarıqlarına sahib olarlarsa, gələcəkdə bunu bacarmayanlardan daha üstün olacaqlar. 4 yaşından 12 yaşınadək kiçik yaşlı uşaqlar üçün bu proqramlaşma dillərini tövsiyyə edərdim:
    Scratch – Massaçusets Texnologiya Universitetinin “Lifelong Kindergarten Lab” tərəfindən yaradılan proqramlaşdırma dilidir. Uşaqlara proqramlaşmanı öyrətməyə başlamanın ən yaxşı dili məhz budur. Öyrənilməsi asan olması ilə yanaşı, valideynlər üçün də təlimat və vəsaitləri də mövcuddur. Scratch real animasiyaların hazırlanması, populyar personajlarla yanaşı yenilərinin də yüklənməsi mümkün olan oyunların yaradılması üçün istifadə edilir. Həmçinin Scratch internetsiz də istifadə oluna bilir. Uşaqlar hazırladıqları yaradıcılıqlarını Scratch onlayn portalında da paylaşa bilərlər.
    Blockly – Google tərəfindən hazırlanan proqramlaşma dilidir. Bu əsasən Scratch proqramının işlənmiş versiyası olaraq, eynitipli əlaqəli tikinti bloklarından istifadə edir, lakin JavaScript, Python və PHP kimi müxtəlif proqramlaşdırma dillərində kod yazıla bilər. Bu bir keçid mərhələsi ola bilər, Scratch’ı mənimsədikdən sonra uşaqlar digər dilləri öyrənə bilərlər. Blokları birləşdirdikləri zaman ekranın yan tərəfindəki kodu görə və əsas proqram dil sintaksisindəki fərqi görmək üçün dilləri dəyişə bilərlər.
    Alice – C ++ kimi obyekt yönümlü proqramlaşdırma dilləri anlayışlarını öyrətmək üçün Karnegi Mellon Universiteti tərəfindən 3 ölçülü proqramlaşdırma vasitəsi olaraq hazırlanmış bir proqramlaşdırma dilidir. Uşaqlara tikinti blokları yanaşmasından istifadə etməklə kamera hərəkətlərini, 3D modelləri və səhnələri proqramlaşdıraraq oyun və ya animasiya yaratmağa imkan vermək üçün. Bu dil uşaqları 3D qrafika və robototexnika kimi kəşflərə yönəldəcəkdir.
    Swift – Apple şirkəti tərəfindən İOS tətbiqlərinin qurulması üçün hazırlanmış bir proqramlaşdırma dilidir. Swift Playgrounds (oyun meydançası) uşaqlara Swift proqramında proqramlaşma etməyi öyrətmək üçün hazırlanmış bir İPad oyundur. Tətbiq 3D dünyasında Bayt adlı bir personajın hərəkəti üçün hazırlanmış müxtəlif əmrlər əsasında çoxsaylı təlimatlardan ibarətdir. Swift Playgrounds bir-biri ilə əlaqəli blok interfeysindən istifadə etmir, lakin uşaqlar Swift Playgrounds mərhələsini yaxşı mənimsədikdən sonra, proqramın mobil tətbiqinin inkişafına da başlaya bilərlər.
    Uşaqlara erkən yaşlarından kod yazmağı öyrətməklə, onlara ali məktəbə daxil olarkən ehtiyacları olan hesablama düçüncəsi, problem həll etmə və kritik düçüncə bacarıqlarını inkişaf etdirmiş olursunuz. Hesablama düşüncəsi fikirləri rasional və ardıcıl şəkildə ifadə etmək bacarığıdır. Bu Süni intellekt, Maşın öyrənməsi və bir çox gələcək texnologiyaların təməlidir. Bu bacarığı erkən yaşlarda inkişaf etdirmək lazımdır ki, böyüdükdən sonra onlarda bu çətinliklə alına bilər. Bu bacarıq addım-addım inkişaf tələb edən bir prosesdir.
    İngilis dilindən tərcümə, Aytən Hüseynova, Hədəf STEAM Liseyi

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+