• Niyə kodlaşma?

    Niyə kodlaşma?

    Con Vu, Karnegi Mellon Universitetinin Professoru
    Niyə kodlaşma?

    Demək olar ki, hər sahədə texnologiyanın dominantlıq etdiyi bir dövrdə yaşayırıq. Yaşadığınız yerdən və ya gördüyünüz işlərdən asılı olmayaraq, çox yerlərdə, məsələn, İnternet, ağıllı evlər, ağıllı avtomobil, ağıllı şəhərlər və s. dən istifadə edərkən kompüterlər, smartfonlar və ağıllı cihazlardan yararlanmağı öyrənə bilərsiniz. Bu cihazlar internetə bağlanaraq digərləri ilə məlumat mübadiləsi qurur, kommunikasiya, bankçılıq, səhiyyə, onlayn əməliyyatlar və digər sahələrdən daha yaxşi istifadə üçün geniş imkanlar yaradır. İnsanların texnoloji qurğulardan daha çox istifadə etdiklərini nəzərə alsaq, kodlaşma oxumaq və yazmaq kimi vacib və tələb olunan bir bacarığa çevrilir. Kodlaşmanı bilmək lazımlı bacarıq olacaq, çünki gələcək peşələrin tələbi məhz bu olacaq.
    Otuz il bundan əvvəl Stiv Cobs tezliklə hamının kompyuter proqramlaşdırılmasını öyrənəcəyini əvvəlcədən söyləmişdi, çünki bu texnoloji dünyada necə düşünməli olduqlarını öyrədir. Bill Qeyts də söyləmişdir: “Proqramı yazmağı öyrənmək sizin fikirlərinizi genişləndirir, daha yaxşı düşünməyə kömək edir, bütün sahələrdə faydalı olan şeylər haqqında yeni bir düşüncə tərzi yaradır”. İndi bu, həqiqətən də sübut olunur, proqramlaşdırma bacarıqları texnoloji bazarda iş əldə etmək üçün “olmazsa olmaz” bir bacarıqdır.
    Kodlaşdırma əsasən kompüterimizdə məlumatların işlənməsində istifadə olunan kompüter dilidir. Bütün ağıllı cihazlar; mobil tətbiqlər, veb saytlar və istifadə etdiyimiz hər bir proqram təminatı kodlarla işlənir. Kompüterlər insan dilini anlamadığı üçün kodlaşma vacibdir. Kompüterlərin anladığı yeganə şey, kompüter dili və ya ikili koddur, belə ki, hərflər, rəqəmlər və simvolları təqdim edən sonsuz sıfır (0) və bir (1) birləşmələri ehtiva edir. Java, C ++, JavaScript, Python və digər bu kimi kompüter dilləri, bizim əmr və təlimatlarımızı kompyuterlərin anladığı ikili dilə tərcümə edən, onların anlayıb spesifik tapşırıqları yerinə yetirməsini təmin edən yüksək səviyyəli dillərdirtirmək üçün ikili koda tərcümə edən yüksək səviyyəli dillərdir. Proqram dillərindən istifadə etməklə, biz təlimat yazarkən kompüterlərə nə etməli olduqlarını söyləyirik.
    Daha çox şirkətlərin, sənaye və biznez sahələrinin texnolojidən istifadəsini nəzərə alsaq görərik ki, kodlaşma vacib bacarığa çevilir və yalnız texniki deyil, bütün peşələr üçün kodlaşma bacarığı tələbatı sürətlə artır. ABŞ dövlətinin hesabatına görə, bazarda işin 75% -i kodlaşma bacarıqlarını tələb edir və kompyuter elmləri ilə əlaqəli olan süni intellekt, maşın öyrənmə, böyük həcmli data analizi, robotiks və şəbəkə təhlükəsizliyi olan sahələr yüksək ödəniş bacarıqlarının 62% -ni təşkil edir. Lakin bu vəzifələrin yalnız 18% -i kompüter elmləri dərəcəsini tələb edir. Bu onu göstərir ki, yaxşı kodlaşma bacarıqları olan kəslər texnolojinin idarə etdiyi bazarda çox yaxşı bir iş əldə edə biləcəklər.
    Nə öyrəndiyinizdən və ya harada yaşadığınızdan asılı olmayaraq kodlaşmanı öyrənmək yaxşı bir qərardır. Gələcəkdə əksər iş yerlərində bir sıra kompüter bilikləri və kodlaşma bacarıqları tələb olunacaq. Hesab edirəm ki, bütün məktəblilər kodlaşmanı öyrənəcəklər, çünki kompyuter elmləri biliyi onların gələcəkləri üçün həyati vacibdir. Əgər siz təhsilinizi Biznes və Maliyyə istiqamətində alırsınızsa ən azı bir proqramlaşdırma dilini öyrənməlisiniz, çünki Biznesin Analizi, Maliyyə Analizi və Məlumat Analizi kimi biznes sahələrində işlərin əksəriyyəti – məlumatların təhlili, biznes və maliyyə problemlərini həll etmək üçün proqramlaşdırma bacarıqlarına ehtiyac duyulur.
    Böyük bir maliyyə şirkətinin baş meneceri mənə bütün gələcək maliyyə işlərinin kompyter işi olduğunu söylədi. Əlbəttə ki, mühəndislər də tədqiqat aparmaq, problemi həll etmək və ya yeni məhsullar hazırlamaq üçün proqramlaşdırma bacarıqlarından istifadə edirlər. Hətta rəssam, memar və dizaynerlər də 3D modelləşdirmə, binaların və şəhərlərin layihələşdirilməsi, qrafika və digər kompyuter texnologiyaları ilə işləyərkən proqramlaşdırma bacarıqlarına ehtiyac duyurlar.

    Hesab edirəm ki, kodlaşdırma “Gələcəyin olmazsa olmaz bacarığı”dır. Əgər məktəbdə bunu öyrənə bilmirsinizsə, başqa yerlərə müraciət edərək öyrənməlisiniz. Bu YouTube, onlayn dərslər, MOOCs ola bilər.
    John Vu
    #tərcümə

    Tərcümə edən: Aytən Hüseynova. Hədəf STEAM Liseyinin ingilis dili müəllimi

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+