FDO OLİMPİADASI (1,2,3,4,5,6)

FƏNLƏRİN DOSTLUĞU OLİMPİADASI
    • 14 NOV 13
    • 1
    İnteqrativ test

    İnteqrativ test

    1. Misallardan birində rəqəmlərin cəmi ilə toplananlardakı incə saitlərin cəmi eynidir.  A) 1,5 + 0,5 = B) 4+4= C) 1 + 1= D) 5+5= E) 2,5 + 1,5= (Hədəf kursları. MQT 6. III qrup. Sual 24) 2. “Aşıq minayə gələ Xalın minayə gələ Küsmüşəm, barışmaram Göydən min ayə gələ” Şeirin təhlilindəkı səhv fikirləri seçin: 1.

    Davamını oxu →
    • 11 NOV 13
    • 0
    İmtahana necə hazırlaşmalı?

    İmtahana necə hazırlaşmalı?

    Hədəf – sizi hədəfə aparan yol! Faydalı hazırlaşmaq! Hazırlıq vaxtı-bir dəfə hazırlaşmaq üçün ayrılan vaxt ən az 45 dəqiqə ən çox isə 90 dəqiqə olmalıdır. Qısa aralar verərək edilən 1-2 saatlıq hazırlıq heç ara vermədən edilən 5 saatlıq hazırlıqdan daha faydalıdır. Əsas istifadə edilən vaxt deyil, o vaxtı necə dəyərləndirdiyindir. Hər gecə yatmamışdan əvvəl və

    Davamını oxu →
    • 11 NOV 13
    • 0
    Çoxfənli inteqrasiya

    Çoxfənli inteqrasiya

    Təhsil sistemində inteqrasiya nə qədər önəmlidirsə, inteqrasiyanın kateqoriyalarının mənimsənilməsi və tədrisi də bir o qədər önəmlidir. İnteqrasiyanın çoxfənli, fənlərarası, transdisciplinar (fəndən fənnə keçən) kimi kateqoriyaları var. Bu məqaləmizdə çoxfənli inteqrasiyanın mahiyyətini və qiymətləndirilimə yollarını araşdırmağa çalışacağıq.

    Davamını oxu →
    • 11 NOV 13
    • 0
    125 sual=25? sual

    125 sual=25? sual

    Pedaqoqları həmişə düşündürən məsələlərdən ən əsası fənlərarası inteqrasiyanın tədrisidir. Bu gün fənlərarası inteqrasiya prosesi diferensasiya prosesindən daha sürətlidir. Əlbəttə ki, bu da elmə, təhsilə daha çox fayda verən amillərdəndir. Onun üçün bu məqaləmizdə Azərbaycan dili vasitəsi ilə digər fənlərin mənimsənilməsinin və qiymətləndirilməsinin mümkünlüyünü sübut etməyə çalışacaq, tam yeni formada testlərin həlli yollarını və mahiyyətini izah

    Davamını oxu →

FDO Qeydiyyat

Əziz şagirdlər! FDO 9 üçün qeydiyyat bitmişdir.
  • 1. Ümumi müddəalar

    1.1. Bu Əsasnamə Olimpiadanın təşkil edilməsi və keçirilməsinin ümumi qaydalarını, eləcə də qaliblərin təyin edilməsi qaydalarını müəyyən edir.
    1.2. Olimpiadanın təşkili və keçirilməsi intellektual cəhətdən istedadlı və bacarıqlı 9-10-cu sinifdə oxuyan məktəblilərin üzə çıxarılmasına kömək edəcək.

     

  • 2. Məqsəd və vəzifələr

    2.1. Hədəf Kursları MMC (Hədəf Elm, Təhsil və Tədris Mərkəzi) keçirəcəyi III Fənlərin Dostluğu Olimpiadasının əsas məqsədi: iştirakçıların intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, bacarıqlı və istedadlı məktəblilərə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etmək, ümumtəhsil məktəblərində təhsil alan uşaqlarda yaradıcılıq qabiliyyətini mədəniyyətini üzə çıxarmaq, məktəblilərdə tədris fənlərinin öyrədilməsində analitik düşüncə tərzini aşılamaqdan ibarətdir.

  • 3. Predmet və iştirakçılar

    3.1. Olimpiada Azərbaycan Respublikasının orta ümumtəhsil məktəbləri arasında keçirilir.
    3.2. Olimpiada iştirakçıları müsabiqədə fərdi şəkildə iştirak edirlər. Olimpiada iştirakçıları IX-X sinif şagirdlərindən ibarət olmalıdır.
    3.3. Olimpiadanın predmeti iştirakçıların bu əsasnamə ilə təyin edilmiş tədris fənləri üzrə inteqrativ test tapşırıqlarını müxtəlif günlərdə keçirilən birinci və ikinci mərhələlər üzrə qəbul edilən vaxt intervalında həll etmələridir.

  • 4. Olimpiadanın təşkilatçısı

    4.1. Olimpiadanın təşkilatçısı Hədəf Kursları MMC-dir.
    4.2. Olimpiada təşkilatçısı təmin edir:
    - Bütün Olimpiada iştirakçıları üçün bərabər və ədalətli şərait;
    - Olimpiadanın aydın və şəffaf şəkildə keçirilməsi.

  • 5. Keçirilməsinin təşkili

    5.1. Olimpiadanın həyata keçirilməsinin məqsəd, vəzifə və istiqamətləri strategiyasını müəyyənləşdirən ali əlaqələndirici orqan Olimpiadanın Təşkilat Komitəsidir (sonradan – Təşkilat Komitəsi). Təşkilat Komitəsinin hüquq və vəzifələri Əsasnamənin 9.1. bəndində verilmişdir. 5.3. Olimpiadanın konkret məlumatlandırma materialları ilə təminatını Olimpiada Təşkilat Komitəsi həyata keçirir. 5.4. Olimpiada Azərbaycan dilində keçirilir.

  • 6. İştirak qaydaları

    6.1. Olimpiadanın gedişində iştirakçılar aşağıdakı tədris fənlərinə uyğun bilik nümayiş etdirəcəklər: Azərbaycan dili və ədəbiyyat, ingilis dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, fizika, tarix və məntiq.
    6.2. Olimpiada iştirakçıları hazırda orta ümumtəhsil məktəblərində 9-10-cü sinifdə təhsil alan şagirdlərdən ibarət olmalıdır.
    6.3. Olimpiadada iştirak etmək üçün əvvəlcədən müəyyən olunmuş qaydada ümumtəhsil müəssisəsindəki Məktəb Olimpiada Təşkilatında qeydiyyatdan keçməlidir.
    6.4. Olimpiadada iştirak pulsuzdur.

  • 7. Olimpiadanın keçirilməsi

    7.1. Olimpiada bir mərhələdə keçirilir.
    7.2. Olimpiada keçirilən əraziyə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə və Olimpiadaya buraxılış vərəqi ilə daxil olmaq mümkündür. Otaqlarda yalnız Olimpiada Təşkilat Komitəsinin üzvləri və Olimpiada iştirakçıları ola bilər.
    7.3. Olimpiada iştirakçıları inteqrativ test tapşırıqlarını qəbul edilmiş vaxt ərzində yerinə yetirirlər.
    7.4. İnteqrativ test tapşırıqları yerinə yetiriləndən sonra hər bir iştirakçı kitabçasını nəzarətçiyə verərək zalı tərk edir.
    7.5. İştirakçıların 2 (iki) saat müddətində həll etdikləri 50 (əlli) inteqrativ test tapşırıqlarının nəticələri 5 (beş) gün müddətində doğru cavablar bazasından yoxlanılır. buraxılan olimpiada iştirakçılarının nəticələri Olimpiada Təşkilat Komitəsinin qərarı ilə təsdiqləndikdən sonra olimpiadanın rəsmi saytı vasitəsilə ictimaiyyata açıqlanır.
    7.6. Yekunlaşdırıcı nəticələr ikinci mərhələnin bitməsindən 1 (bir) gün sonra olimpiadanın rəsmi saytı vasitəsilə ictimaiyyata açıqlanır. Ballar eyni olduğu halda doğru cavablara yanaşma faizi nəzərə alınmaqla seçilir.
    7.8. Olimpada tapşırıqlarında səhv düzü aparmır.