
FDO-10-da düşən sualların izahı
X Fənlərin Dostluğu Olimpiadasında düşən sualların izahını sizə təqdim edirik: Sualların izahı
Davamını oxu →X Fənlərin Dostluğu Olimpiadasında düşən sualların izahını sizə təqdim edirik: Sualların izahı
Davamını oxu →15 dekabrda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təşkil olunan 10-cu Fənlərin Dostuluğu Olimpiadası keçirilib. 9-10-cu sinif şagirdlərinin iştirak etdiyi imtahanlarda ümumilikdə iki mindən çox şagird iştirak edib. İdeya müəllifi f.ü.f.d., dos. Şəmil Sadiq olan Fənlərin Dostluğu Olimpiadası dörd mərkəzdə – Sumqayıt, Xırdalan, Qara Qarayev, Bakı Biznes Universitetində baş tutub. Olimpiadada şagirdlər 2 saat müddətində
Davamını oxu →Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təşkil olunan 10-cu Fənlərin Dostuluğu Olimpiadasında iştirak edəcək şagirdlərin nəzərinə! FDO- 10 nun imtahan mərhələsi 15 Dekabr 2019-cu il tarixində saat 11:00-13:00 arasında keçiriləcəkdir. İmtahan mərkəzləri aşağıdakılardır: 1. Sumqayıt İmtahan Mərkəzi. Sumqayıt şəhərində qeydiyyatdan keçən şagirdlər Hədəf Kursları Sumqayıt filialı binasında imtahana girəcək. Ünvan : Sumqayıt şəh. 9-cu mkr,
Davamını oxu →Fənlərin Dostluğu Olimpiadasının (FDO) bu ilki 10-cu buraxılışı ilə bağlı Hədəf Kurslarının Nizami filialının kollektivi məktəb və liseylərdə Olimpiadası barəsində şagirdləri məlumatlandırıblar. FDO-da düşən suallardan nümunələr göstəriblər. Bununla yanaşı şagirdlərin suallarını cavablayıblar. İdeya müəllifi f.ü.f.d., dos. Şəmil Sadiq olan “Fənlərin dostluğu Olimpiadası”nın bu ilki buraxılışı Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı Respublikamızın digər bölgələrində
Davamını oxu →1.1. Bu Əsasnamə Olimpiadanın təşkil edilməsi və keçirilməsinin ümumi qaydalarını, eləcə də qaliblərin təyin edilməsi qaydalarını müəyyən edir.
1.2. Olimpiadanın təşkili və keçirilməsi intellektual cəhətdən istedadlı və bacarıqlı 9-10-cu sinifdə oxuyan məktəblilərin üzə çıxarılmasına kömək edəcək.
2.1. Hədəf Kursları MMC (Hədəf Elm, Təhsil və Tədris Mərkəzi) keçirəcəyi III Fənlərin Dostluğu Olimpiadasının əsas məqsədi: iştirakçıların intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, bacarıqlı və istedadlı məktəblilərə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etmək, ümumtəhsil məktəblərində təhsil alan uşaqlarda yaradıcılıq qabiliyyətini mədəniyyətini üzə çıxarmaq, məktəblilərdə tədris fənlərinin öyrədilməsində analitik düşüncə tərzini aşılamaqdan ibarətdir.
3.1. Olimpiada Azərbaycan Respublikasının orta ümumtəhsil məktəbləri arasında keçirilir.
3.2. Olimpiada iştirakçıları müsabiqədə fərdi şəkildə iştirak edirlər. Olimpiada iştirakçıları IX-X sinif şagirdlərindən ibarət olmalıdır.
3.3. Olimpiadanın predmeti iştirakçıların bu əsasnamə ilə təyin edilmiş tədris fənləri üzrə inteqrativ test tapşırıqlarını müxtəlif günlərdə keçirilən birinci və ikinci mərhələlər üzrə qəbul edilən vaxt intervalında həll etmələridir.
4.1. Olimpiadanın təşkilatçısı Hədəf Kursları MMC-dir.
4.2. Olimpiada təşkilatçısı təmin edir:
- Bütün Olimpiada iştirakçıları üçün bərabər və ədalətli şərait;
- Olimpiadanın aydın və şəffaf şəkildə keçirilməsi.
5.1. Olimpiadanın həyata keçirilməsinin məqsəd, vəzifə və istiqamətləri strategiyasını müəyyənləşdirən ali əlaqələndirici orqan Olimpiadanın Təşkilat Komitəsidir (sonradan – Təşkilat Komitəsi). Təşkilat Komitəsinin hüquq və vəzifələri Əsasnamənin 9.1. bəndində verilmişdir. 5.3. Olimpiadanın konkret məlumatlandırma materialları ilə təminatını Olimpiada Təşkilat Komitəsi həyata keçirir. 5.4. Olimpiada Azərbaycan dilində keçirilir.
6.1. Olimpiadanın gedişində iştirakçılar aşağıdakı tədris fənlərinə uyğun bilik nümayiş etdirəcəklər: Azərbaycan dili və ədəbiyyat, ingilis dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, fizika, tarix və məntiq.
6.2. Olimpiada iştirakçıları hazırda orta ümumtəhsil məktəblərində 9-10-cü sinifdə təhsil alan şagirdlərdən ibarət olmalıdır.
6.3. Olimpiadada iştirak etmək üçün əvvəlcədən müəyyən olunmuş qaydada ümumtəhsil müəssisəsindəki Məktəb Olimpiada Təşkilatında qeydiyyatdan keçməlidir.
6.4. Olimpiadada iştirak pulsuzdur.
7.1. Olimpiada bir mərhələdə keçirilir.
7.2. Olimpiada keçirilən əraziyə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə və Olimpiadaya buraxılış vərəqi ilə daxil olmaq mümkündür. Otaqlarda yalnız Olimpiada Təşkilat Komitəsinin üzvləri və Olimpiada iştirakçıları ola bilər.
7.3. Olimpiada iştirakçıları inteqrativ test tapşırıqlarını qəbul edilmiş vaxt ərzində yerinə yetirirlər.
7.4. İnteqrativ test tapşırıqları yerinə yetiriləndən sonra hər bir iştirakçı kitabçasını nəzarətçiyə verərək zalı tərk edir.
7.5. İştirakçıların 2 (iki) saat müddətində həll etdikləri 50 (əlli) inteqrativ test tapşırıqlarının nəticələri 5 (beş) gün müddətində doğru cavablar bazasından yoxlanılır. buraxılan olimpiada iştirakçılarının nəticələri Olimpiada Təşkilat Komitəsinin qərarı ilə təsdiqləndikdən sonra olimpiadanın rəsmi saytı vasitəsilə ictimaiyyata açıqlanır.
7.6. Yekunlaşdırıcı nəticələr ikinci mərhələnin bitməsindən 1 (bir) gün sonra olimpiadanın rəsmi saytı vasitəsilə ictimaiyyata açıqlanır. Ballar eyni olduğu halda doğru cavablara yanaşma faizi nəzərə alınmaqla seçilir.
7.8. Olimpada tapşırıqlarında səhv düzü aparmır.