• VIII Fənlərin Dostluğu Olimpiadasının I mərhələsi keçirilmişdir

    VIII Fənlərin Dostluğu Olimpiadasının I mərhələsi keçirilmişdir

    VIII Fənlərin Dostluğu Olimpiadasının I mərhələsi keçirilmişdir. 17 dekabr 2017-ci il tarixində “31 dekabr Dünya Azərbaycanlılarının
    Həmrəyliyi Günü” münasibətilə təşkil olunan VIII “Fənlərin Dostluğu Olimpiadası”nın birinci mərhələsi baş tutmuşdur. Bakı, Sumqayıt, Xırdalan, Şamaxı və Oğuz şəhərlərində keçirilən Olimpiadada ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9 və 10-cu sinif şagirdləri 2 saat müddətində 50 inteqrativ sualı cavablandırmışlar. 5 imtahan mərkəzində ümumilikdə 1200-dən artıq şagird öz biliyini sınamışıdr.
    2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən “Fənlərin Dostluğu Olimpiadası”nın 2017-ci il buraxılışının əsas təşkilatçıları Azərbaycan
    Respublikası Prezidentinin Yanında Bilik Fondu, Odlar Yurdu Universiteti və Hədəf Kurslarıdır. Olimpiadanın rəsmi tərəfdaşları Medica Hospital, Hədəf Multimedia Mərkəzi, Altun Kitab, Azərbaycan Elm Assosiasiyası, Hedef Global, kitabevim.az mağazaları, informasiya dəstəkçiləri isə APA TV, edumap.az, senet.az portalları, Ustad dərgisidir.
    23 dekabr 2017-ci il tarixində VIII “Fənlərin Dostluğu Olimpiadası”nın qaliblərinin mükafatlandırma mərasimi baş tutacaqdır. Olimpiadada qalib gələn 10 şagird və onların təhsil aldığı orta məktəblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Xatırladaq ki, olimpiada təşkilatçılar və tərəfdaşların maliyyə dəstəyi hesabına baş tutmuşdur.

    IMG_5788 IMG_5757 IMG_5755 IMG_5753 IMG_5751 IMG_5802 IMG_5808 IMG_5816 IMG_5777 IMG_5722 IMG_5728IMG_5736

    Yazını paylaş...FacebookTwitterGoogle+
    Şərh yazın →

Şərh yaz

Ləğv et
Yazını paylaş...FacebookTwitterGoogle+